Cəmiyyət (9-04-2016, 13:42)
"KapitalBank" müəllimlərin pulunu vermir - Şikayət
"KapitalBank"dan daha bir şikayət daxil olub.
Mediatv.az xəbər verir ki, Dia.az-a göndərilən müraciətdə deyilir:
"Onlarla müəllimin hüququ Kapital Bank ASC-nin Sabirabad filialının əməkdaşları və Sabirabad şəhər 1 saylı tam orta məktəbin sabiq direktoru Mustafayeva Diləfruz tərəfindən pozulmuşdur. Məktəbin direktoru müəllimlərə qarşı dələduzluq edilməsi faktlarına görə 15 iyul 2015-ci il tarixdə Diləfruz Mustafayeva barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi açılmış, 04 sentyabr 2015-ci il tarixdə Diləfruz Mustafayeva Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuş, Sabirabad rayon məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.
Lakin kimlərinsə təzyiqi nəticəsində külli miqdarda dövlət vəsaiti mənimsəmiş cinayəkar direktor barəsində 05 sentyabr 2015-ci il tarixdə bu qərar dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. Onu da qeyd edim ki bu cinayəti işində rayonun bir neçə vəzifəli şəxsinin də adı hallanır.
Bu cinayət işinə əlavə olaraq 308.1 maddəsi ilə 06.12.2015-ci il tarixində Sabirabad rayon Prokurorluğu tərəfindən sabiq direktora qarşı ittiham elan olunmuşdur. 2015-ci ilin dekabr ayında bu cinayət işinin gedişatının düzgün aparılmadığı üçün zərərçkən müəllimlərin Baş Prokurorluğa edilən əsaslı şikayətlərindən sonra Cinayət işi Sabirabad Polis şöbəsindən alınaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqinin icraatına verilmişdir".
Daha sonra şikayət müəllifləri yazırlar: "Zərərçəkən müəllimlər qaldırilmış cinayət işinin istintaq mərhələsinin doqquz aydan çoxdur ki davam etməsi ucbatından əmək haqqlarını plastik kartdan ala bilmirlər, çünki Kapital Bank maaşın hamısını kartdan tutur,ndəfələrlə rəsmi surətdə Bank rəhbərliyinə müraciət olunsada heç bir nəticə olmamışdır, belə ki bu cinayətin baş tutmasında Kapital Bankın Sabirabad filialının əməkdaşlarının rolu danılmazdır.
Mötəbər mənbədən daxil olan məlumata əsasən bu aprel ayında, bu cinayət işini aparan Korrupsiyanın müstəntiqi Şəhriyar Məmmədzadə işi yekunlaşdırıb Lənkəran Ağır Cinayətlər Məhkəməsinə verilməsi barədə xəbər almışıq. Ümid edirik ki,Məhkəmənin qətnaməsinə əsasən cinayətkarlar layiqli cəzasını alacaq,Sabirabadlı müəllimlərdə zərərçəkən kimi tanınandan sonra maaşlarından qanunsuz tutulmalar dayandırılacaq,problemləri bununla da həll olacaq və əvvəlki normal həyatlarına qayıdacaqlar".