Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (7-04-2016, 14:16)
Cəbhə bölgəsində 1 məktəbli həlak olub - Rəsmi

Cəbhə bölgəsində baş verən hərbi əməliyyatlar nəticəsində 1 məktəbli yaralanıb, 1 məktəbli isə həlak olub.

 

Mediatv.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, Ağdamın Sarıcalı kənd tam orta məktəbinə mərmi düşüb. Bu hadisə dərs saatı ərzində baş vermədiyindən xəsarət alan olmayıb: 

“Lakin cəbhə bölgəsinə yaxın ərazidə həyətyanı sahəyə düşən mərmi nəticəsində 13 yaşlı bir şagird yaralanıb. O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti yaxşıdır”.

Nazir müavini Tərtərdə evə atılmış mərminin partlaması nəticəsində dünyasını dəyişən 16 yaşlı qızın da məktəbli olduğunu təsdiqləyib. Yerli icra strukturları, rayon təhsil şöbələri ilə əlaqəli işlər görüldüyünü deyən C.Bayramov qeyd edib ki, insanların həyatını təhlükə altına atmamaq üçün artıq 28 məktəbdə tədrisin dayandırılması barədə qərar qəbul edilib:

“Təhsil Nazirliyi tərəfindən təhsil şöbələrinə tapşırıqlar verilib ki, həmin ərazilərdə yaşayan ailələrin digər yaşayış məntəqələrinə köçmələri ilə bağlı onların yaxın ərazilərdə və digər rayonlardakı məktəblərdə tədrisi müvəqqəti olaraq təşkili olunsun. Ancaq ümid edirik ki, atəşkəsin əldə olunmasından sonra məktəblərdə tədris bərpa olunacaq”.

шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024