Cəmiyyət (6-04-2016, 15:35)
4 gün ərzində 3 min insan qan verib
Aprelin 2-dən bu günə kimi 3000-dən çox insan könüllü qan verib.
Mediatv.az xəbər verir ki, Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyevanın azvision.az-a verdiyi məlumata görə, hazırda ölkədə kifayət qədər qan ehtiyyatı var.
Baş həkim bildirib ki, ən son dünən səhər saat 8-də Bərdə, Tərtər bölgəsinə qan göndərilib.
“Hazırda kifayət qədər qan ehtiyatımız var. Odur ki, qana ehtiyac yoxdur. Kifayət qədər qan ehtiyyatı olmasına baxmayaraq, insanlar Bərdə, Gəncə, Mingəçevir mərkəzlərinə axışıb qan verirlər. Həmin bölgələrdə qan ehtiyyatı çox olduğuna görə, Bakıdan qan göndərilməsi tələb olunmur”.
P.Hacıyeva vurğulayıb ki, daha çox qanvermə Gəncə və Bərdə regional bölmədə qeydə alınıb. Bu günlər ərzində 3000 vahiddən çox qan ehtiyyatı yaranıb.