Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (2-04-2016, 22:13)
Polad Bülbüloğlu: "Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoymaq lazımdır"

 

"Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoymaq lazımdır. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında da qeyd edib ki, biz münaqişənin sülh yolu ilə həll olunmasında maraqlıyıq. Lakin münaqişə həllini tapmazsa, biz öz torpaqlarımızı azad etmək üçün gücdən istifadə etmək məcburiyyətindəyik".

Mediatv.az xəbər verir ki, bunu Rusiyanın "Dojd" telekanalının efirində çıxışı zamanı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbülğlu Dağlıq Qarabağ bölgəsində gərginliyin artmasına münasibət bildirərkən deyib.

Səfir bildirib ki, ölkənin 20%-dən artıq ərazisi işğal altındadır: "Hansı ölkə, xalq bununla razılaşar?! Münaqişənin həlli üçün ilk növbədə onun səbəbini aradan qaldırmaq lazımdır. Səbəb isə Ermənistan tərəfindən Azərbaycan ərazisinin işğal olunmasıdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində, o cümlədən başqa beynəlxalq təşkilatların onlarla sənədində birmənalı olaraq qeyd edilib ki, Ermənistan işğalçı qüvvələri Azərbaycan ərazisini tərk etməlidirlər. Həqiqətin gözünə baxmaq lazımdır! Azərbaycan tərəfi illərdir Ermənistana Dağlıq Qarabağın beş rayonunun azad olunmasını, ardınca dinc yolla danışıqların aparılmasını təlkif edir. Heç kim Dağlıq Qarabağda yaşayan erməniləri oradan didərgin etmək niyyətində deyil. Lakin orada azərbaycanlılar yaşayıb. Mən özüm Qarabağdanam. Söhbət ondan gedir ki, azərbaycanlılar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bundan sonra hər iki icma ortaq dil tapmalı, birgə yaşamağı bacarmalıdır. O ki qaldı gərginliyin artmasına, işğalçı qüvvələr Azərbaycan torpaqlarında olduğu müddətdə bu cür hallar baş verəcək və bunu kimsə gizlətmir. Ölkə başçısı səviyyəsində də bu dəfələrlə səsləndirilib, xarici işlər nazirimiz də bunu deyib, bir səfir kimi mən də demişəm. Lakin bizi eşitmirlərsə, bu cür hallar baş verəcək. Münaqişə həll olunmalıdır".

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024