Cəmiyyət (30-03-2016, 16:46)
Ağcabədidə işıq aksiyası: “İşıq idarəsi deyir ki, pul yığın, düzəldək” - FOTOLAR
“2 gün öncə Ağcabədi şəhərində 50-dən artıq evi və Ağcabədi Çörək Zavodunu işıqla təmin edən transformator partlayıb, düzəldən yoxdur. Bu səbəbdən rayonda artıq çörək qıtlığı da yaranıb. Çünki çörək zavodunu mazutla tam gücü ilə işlətmək mümkün deyil. İşıq idarəsinə bəlkə 20 dəfə müraciət etmişik, müdir Rövşən Rəsulov xəbər göndərir ki, pul yığın, düzəldək”.
Mediatv.az xəbər verir ki, bunu müsavat.com-la əlaqə saxlayan Ağcabədi sakini, çörək zavodunun işçisi Akif Fətəliyev dedi: “Deyirlər ki, 500 manat siz verin, ərazidə olan 18 ev də 30 manatdan yığsın, transformatoru dəyişək. Hansı ki, işıq idarəsinin birbaşa vəzifəsi sıradan çıxmış transformatoru təmir etmək, işıq verilişini bərpa etməkdir. 48 saatdır biz işıqsız qalmışıq. 1 saat işıqpulunu gecikdirəndə gəlib elektrik verilişini dayandırırlar. Amma 2 gündür bizi işıqsız qoyublar”.
Rayon sakini Tehran Rəhimov isə deyir ki, onun da evi həmin ərazidə yerləşir: “İşıq idarəsinə zəng etməkdən bezmişik, deyirlər pul yığın gələk düzəldək. Biz niyə pul yığmalıyıq?”
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024