Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (28-03-2016, 19:14)
Keşlə Dəmir Yol Stansiyasında avtokar qalmaqalı - Fəhlələr rəisdən şikayət edir

 

Azərbaycan Dəmir Yolları QSC-nin Keşlə Dəmir Yol Stansiyasının bir qrup əməkdaşı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. 

Mediatv.az Avropa.info-ya istinadən xəbər verir ki, şikayətin səbəbi isə Keşlə Dəmir Yolu Stansiyasının yükboşaltma idarəsinin rəhbəri Maarif Niyazovun qanuna zidd əməlləridir. 

Şikayət məktubunda bildirilir ki, yükboşaltma idarəsinin işi Azərbaycana idxal olunan hər növdə ticarət məhsullarının gələn qatarlardan boşaldılaraq digər nəqliyyat vasitələrinə yüklənməsindən ibarətdir. 

Məhz həmin bu idarədə ölkənin müxtəlif bölgələrindən paytaxta axın etmiş və pul qazanmağa çalışan şəxslər muzdlu fəhlə olaraq çalışırlar. 

Məktubda bildirilir ki, idarəyə daxil olan vaqonların hər birinin boşaldılması üçün 150-200 manat civarında maddi vəsait tələb olunur. İdarənin rəhbəri M. Niyazov isə fəhlələrdən vaqonların hər birinin boşaldılmasına icazə verilməsi üçün onlardan qanunsuz olaraq 20 manat məbləğində pul alır. 

Bundan başqa, idarənin texniki hissəsində gələn yüklərin boşaldılması üçün ayrılmış avtokarların olmasına baxmayaraq M. Niyazov iki ədəd 30 min manat dəyəri olan avtokar alaraq idarənin həyətinə qoyub. 

İdarəyə daxil olan vaqonların yarısını texniki hissəyə aid avtokarlar boşaldırsa, geri qalan yarısını isə Maarif Niyazovun aldığı şəxsi avtokarlar boşaldır və təbii olaraq da oradan gələn gəlir vergi rüsumu olmadan idarə rəisinin cibinə gedir. 

İşçilərin dəfələrlə Keşlə Dəmir Yol Stansiyasının rəisi Təlabani Tahirova müraciət etməsinə baxmayaraq, müraciətlərə cavab verilmir və məsələ ilə bağlı heç bir tədbir də görülmür. 

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovla əlaqə saxladıq. N. Əzməmmədov iddiaları təkzib edərək idarədə muzdlu fəhlələrin çalışmadığını, idarənin öz fəhlələrinin olduğunu və aylıq maaş müqabilində işlədiklərini bildirib. 

N. Əzməmmədov avtokarlarla bağlı məsələyə aydınlıq gətirərkən isə idarənin heç bir avtokarı olmadığını, orada fəaliyyət göstərən avtokarların müqavilə əsasında şirkətlərdən götürüldüyünü söyləyib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024