Cəmiyyət (15-03-2016, 11:47)
“British Airways” Azərbaycan bazarından gedir
Böyük Britaniyanın “British Airways” aviaşirkəti London-Bakı-London istiqaməti üzrə aviauçuşları dayandırır.
Mediatv.az xəbər verir ki, məsələ ilə bağlı şirkətdən “Report”a verilən məlumata görə, “British Airways” daimi olaraq öz marşrut şəbəkisini nəzərdən keçirir: “Bu, marşrutları müştərilərin ehtiyacı ilə uyğunlaşdırmaq məqsədilə həyata keçirilir. Aparılan təhlil onu göstərir ki, London-Bakı-London marşrutu üzrə uçuşlar kommersiya baxımından səmərəli deyil”.
“Biz qərara gəldik ki, kommersiya əlverişsizliyi səbəbindən Londonun “Heathrow” aeroportundan Bakıya uçuşları dayandıraq. “Heathrow”dan sonuncu uçuş 29 aprel 2016-cı il tarixində yerinə yetiriləcək və həmin gün Bakıdan Londona sonuncu aviareys həyata keçiriləcək. Səyahət planlarının pozulmasına görə müştərilərimizdən üzr istəyirik və qeyd etmək istərdik ki, göstərilən tarixdən sonra səyahət planlaşdıran müştərilərimizə aviabilet üzrə ödəniş tam geri qaytarılacaq”, – deyə aviaşirkətdən bildirilib.