Cəmiyyət (11-03-2016, 11:48)
ŞƏRİKİNİ TUTDURAN PROKURORUN KİMLİYİ AÇIQLANDI
Tanınmış vəkil Adəm Məmmədov adı qalmaqalda hallanan prokurorun adını açıqladı.
Mediatv.az xəbər verir ki, bu haqda Modern.az saytına məlumat verən A.Məmmədov onun Sabunçu rayon prokuroruCeyhun Səlimov olduğunu bildirib.
Hüquqşünas əlində kifayət qədər fakt olduğunu vurğulayıb:
“Əlimizdə kifayət qədər səs-küy doğruracaq faktlar var. Hətta buna görə qarşı tərəf söz tapıb özünü müdafiə edə bilmir. Araşdırma zamanı bəlli olub ki, həmin biznesmen rayon prokuroru bütün dövlətlərin sanksiyalar qoyduğu İrandan Əfqanıstana küllü miqdarda neft alqı-satqısı ilə məşğul olub. Türkiyədə bu işləri görən şirkəti də aldadıb. Nəticədə türk iş adamına da cərimələr gəlib”.
Vəkil hazırda türk iş adamının həmin prokuroru məhkəməyə verməyə hazırlaşdığını və bunun üçün vəkil tutduğunu da bildirib:
“Daha sonra rayon prokuroru öz şəriklərini həbs etməklə hədələyib pul əldə etmək niyyətindədir. İş o yerə çatıb ki, rayon prokuroru biznes ortaqlarına sifariş də göndərib ki, 300 000 əvəzinə kimdə 20-30 min varsa, gətirib versin ki, həbs edilməsinlər. Rayon prokurorunun özünün, övladının adından olan və biznes əlaqələrini sübut edən müqavilələr, hesablaşmalar, e-mail və telefon danışıqları mövcuddur.
Həmçinin vətəndaşların şikayəti ilə Baş Prokurorluqda araşdırmanı dayandıran və prokuroru dəstəkləyərək onun biznes ortaqlarını həbs etdirməsinə xeyir-dua verən Prezident Administrasiyasının rəsmisin adı da məlumdur. Şərikli biznes (neft alq-satqısı) baş tutmadığından müvəkkilim prokurora verdiyi külli miqdarda pulu tələb etdikdə Ələddin Qəhramanov sifarişli həbsə məruz qalıb”.