Cəmiyyət (7-03-2016, 17:50)
Daha bir nazirlikdə Apellyasiya Şurası yaradıldı
Azərbaycanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya şuralarının yaradılması haqqında” ölkə prezidentinin fərmanının icrasının təmin edilməsi məqsədi ilə Səhiyyə Nazirliyində Apellyasiya Şurası yaradılıb.
Mediatv.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Apellyasiya Şurasının ilk iclası keçirilib, kollegial orqanın fəaliyyət istiqamətləri və təşkilatı məsələlər müzakirə edilib.
Tərkibinə Səhiyyə Nazirliyinin məsul şəxsləri daxil olan Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı verilən təkrar şikayətlərə baxan kollegial orqandır. Səhiyyə Nazirliyində Şuranın yaradılması şikayətlərə baxılma sahəsində şəffaflığın və obyektivliyin, həmçinin sahibkarların hüquqlarının və qanuni maraqlarının müdafiəsi məsələlərinə diqqətin daha da artırılmasına xidmət edəcək.