Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (7-03-2016, 14:56)
Rabitə nazirliyində daha bir yüksək vəzifəli şəxs işdən çıxarıldı

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində daha bir yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib. 

Mediatv.az xəbər verir ki, Xeberler.az-ın əldə etdiyi məlumata görə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) Baş direktor müavini Xankişi Kişiyev də vəzifəsindən azad edilib. 

Məlumatımıza görə, Xankişi Kişiyev bir neçə gün öncə öz ərizəsi ilə işdən ayrılıb.

Qeyd edək ki, Xankişi Kişiyev uzun illər rabitə sektorunda çalışıb. 

O, Moskva Rabitə İnstitutunda və Leninqrad Rabitə İnstitutunda təhsil alıb. 

Əvvəllər Respublika Elektrik Rabitəsi və Radiolaşdırma Qovşağında mühəndis, Politexnik İnstitutunda baş müəllim, Rabitə nazirliyində Elektrik rabitəsi idarəsinin rəisi işləyib.

Bir müddət Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışıb.

Uğurlu fəaliyyətinə görə Xankişi Kişiyevə "Əməkdar Mühəndis" və "Rabitə Ustası" fəxri adları da verilib.

Artıq bir neçə gündür ki, Xankişi Kişiyevin adı BTRİB -in rəsmi saytından da çıxarılıb.

Xatırladaq ki, bir müddət öncə Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Rövşən Əliyev bu qurumun Baş direktoru vəzifəsinə təyin edilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024