Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (5-03-2016, 19:11)
Nazir vətəndaşları incidən əməkdaşı işdən qovdu

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Sabirabada səfəri zamanı vətəndaşlardan daxil olan bəzi şikayətləri yerindəcə araşdırıb.

Mediatv.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, məlum olub ki, Sabirabad rayon poçt filialının müştəri xidmətləri şöbəsinin əməliyyatçısı Salamulla Sultanov vətəndaşlara poçt vasitəsilə ödənilməli olan maliyyə vəsaitlərini qanunsuz olaraq gecikdirirmiş.

Nazirin tapşırığı ilə vətəndaşlara olan bütün borclar dərhal ödənilib. Əməliyyatçı S. Sultanov isə işdən azad olunub.

Sabirabad rayon poçt filialının rəisi Şiraslan Qasımov problemi vaxtında aşkarlamadığı və lazımi tədbir görmədiyi üçün ona sonuncu xəbərdarlıq olunmaqla şiddətli töhmət verilib.

Telekommunikasiya və poçt sahəsi ilə bağlı vətəndaşlarla görüşdükdən sonra nazir Sabirabad, Hacıqabul, Saatlı və Şirvan Telekommunikasiya qovşaqları və poçt filiallarının rəisləri ilə müşavirə keçirib.

Müşavirədə vətəndaşlardan daxil olan şikayətlər təhlil olunub. Bildirilib ki, bu şikayətlərin əksəriyyəti əsaslıdır və onlar barəsində müvafiq tədbirlər görülməli, işdə ciddi dönüş yaradılmalı, mövcud imkanlardan maksimum istifadə edilməklə vətəndaşlara layiqli xidmət göstərilməlidir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024