Cəmiyyət (4-03-2016, 10:32)
“Azəryolservis” Nəqliyyat Nazirliyindən razılıq almalı olacaq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 noyabr tarixli qərarı ilə təsdiq edilmiş “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişikliklər edilib.
Mediatv.az Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nizamnaməyə əlavə edilmiş yarımbəndlərə əsasən, İdarə Heyəti Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin (müstəqil auditorun rəyi əlavə olunmaqla) bağlanılması haqqında qərar qəbul edilməsi üçün Azərbaycan Nəqliyyat Nazirliyinə müraciət edir.
Aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərari isə İdarə Heyəti qəbul edir.