Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (2-03-2016, 15:15)
Qobustan təhsilinin şefinə ağır ittihamlar

 

Füzuli Gülalıyevin qışlaq məktəblərində saxtakarlıqla məşğul olduğu, şagirdlərdən pul yığdığı, müəllimlərə dərs saatlarını maraqları çərçivəsində verdiyi iddia olunur 

Mediatv.az xəbər verir ki, Qobustan rayon təhsilində çalışan bir qrup müəllim təhsil naziri Mikayıl Cabbarova müraciət ediblər. JAM.AZ-ın elektron ünvanına göndərilmiş həmin müraciətdə təhsil şöbəsinin müdiri Füzuli Gülalıyevin bir sıra qeyri-qanuni əməllərindən bəhs olunur. 

Müəllimlər yazırlar ki, şöbə müdiri Qobustanda təhsilin bərbad hala düşməsinə, uşaqların tədrisdən kənar düşmələrinə şərait yaradır. Onların sözlərinə görə, rayondakı bir çox məktəblərdə dərslər keçirilmir. «Xüsusilə, qışlaq zonasında olan məktəblərin adı var, özü isə yoxdur. Orada saxta yollarla jurnallar yazılır, müəllimlərə verilən əmək haqqı isə yarıbayarı mənimsənilir».

JAM.AZ-a göndərdikləri müraciətlərində təhsil işçiləri vurğulayırlar ki, bir çox məktəblərdə artıq dərs saatları bəzi ixtisasa uyğun olmayan müəllimlərin adına yazılır. «Əmək haqqlarının bir qismi də bu yolla mənimsənilir. Uşaqlara paylanacaq dərsliklər və digər dərs ləvazimatları onlara verilmir. Məktəblərdə şagirdlərdən əsassız olaraq pul toplanılır. Müxtəlif adlar altında toplanan bu pullar təhsil şöbəsinin müdiri Füzuli Gülalıyevin cibinə gedir». 

Onlar nazirdən xahiş edirlər ki, Qobustan rayon Təhsil Şöbəsinin müdiri Füzuli Gülalıyevlə bağlı ölçü götürsün. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024