Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (2-03-2016, 11:32)
Tikinti sektorunda daha bir dələduzluq ittihamı: fəhlələr 5500 manat əməkhaqqını ala bilmir

Tikinti sektorunda daha bir dələduzluq ittihamı: fəhlələr 5500 manat əməkhaqqını ala bilmir

 

Əmək qanunvericiliyinin tələbləri pozulub, ortada korrupsiya faktı var

 

Tikinti sektorundan şikayətlər səngimək bilmir. Az qala hər gün bu istiqamətdə bir xəbər oxumalı oluruq: ya mənzil alan vətəndaşlar aldadılır, ya da tikintidə alın təri tökən fəhlələrin haqqı yeyilir.

Son zamanlar mənzil tikintisi sahəsində öndə gedən şirkətlərdən biri də “Yeni Həyat”dır. Məlum olduğu kimi, “Yeni Həyat” daha bir yeni “Grand Hayat” layihəsini  təqdim edib. Bakının mərkəzində, Tbilisi prospekti 1054 ünvanında, mərkəzə və şəhərin əsas çıxışlarına yaxın bir ərazidə 318 560 m2 sahəni əhatə edən “Grand Hayat ” kompleksi  keyfiyyət, dizayn, təhlükəsizlik və yerləşmə meyarlarını bariz şəkildə nümayiş etdirəcək. Burası çox gözəl, amma…

Bu ünvanda, bu layihədə podratçı olan şirkətlərdən biri ilə bağlı yuxarı instansiyalara üvanlanan müraciətin bir surəti də xeberinfo.com-a daxil olub. Yeddi nəfərin (Mirzəyev Müqəddəs Akif oğlu, Mirzəyev Əfqan Akif oğlu, Sarıyev Mübariz Qiyas oğlu, Abbaszadə Nizami Tahir oğlu, Əmirov Cəmil Ramiz oğlu, Niftiyev Səddam Bəyağa oğlu və Məmmədov Bədəl Nizam oğlu) imzaladığı məktubda Əmək Qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasından və fəhlələrin haqqı olan 5500 manatın podratçı şirkət tərəfindən mənimsənilməsindən bəhs olunur.

Fəhlələrin bildirdiyinə görə bu il yanvarın 14-dən fevralın 14-nə qədər Cəlil Əsədov və Bəxtiyar adlı şəxslərin sözlərinə aldanaraq briqada şəklində bu tikintidə işləyiblər. Haqq etdiklərinin çox cüzi bir hissəsini ala bilsələr də, onlara çatmalı olan 5500 manatı ala bilmirlər. Fəhlələrin bilib, bizə bildirdikləri bir nəsnə var: Cəlil Əsədov və Bəxtiyar adlı şəxslər, bir də 5500 manat. Təsəvvür edin ki, nə şirkətin adı var, nə də əmək müqaviləsi...

 Haqqlarını almaq ümüdüylə yuxarı instansiyalara və xeberinfo.com-a ünvanlanmış məktubla bağlı qarşı tərəfi də aradıq. Cəlil Əsədovla telefon əlaqəsi yaradıb, onu da dunləmək istədik. Mövzu ilə bağlı suallarımızı cavablandırmaq istəməsə də, belə bir problemin mövcudluğunu etiraf etdi: “Biz o vətəndaşlarla görüşüb, razılaşmışıq. Bir az borca düşmüşük, ona görə problemimiz var”. Sonradan isə məlum olur ki, şikayətçilərlə heç bir razılaşma olmayıb. Fəhlələrə çatmalı olan 5500 manat hələ də müxtəlif bəhanələrlə düyünə düşüb qalıb.

Şikayətçilərin Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciətini isə Qoşqar adlı şəxs araşdırır. Biz Qoşqar müəllimi də dinləmək istədik. Təəssüf ki, hörmətli müfəttiş rəsmi sorğu olmasa heç bir məlumat verə bilməyəcəyini bildirdi(?)

 Olsun, biz qarşıdakı günlərdə aidiyyatı dövlət qurumlarına sorğu ünvanlamaqla mövzunu davam etdirməyə çalışacağıq.

 

Xeberinfo.com

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024