Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (25-02-2015, 11:34)
Ortopedik Mərkəzin işçisi xəstənin cihazını verməkdən imtina edir

Naməddin Mirzəyev: «Oğluma səhv verilmiş cihazı dəyişdirmək istəyirdim, mərkəzin Asif adlı işçisi isə bundan imtina edir»

Şirvan şəhəri, F.Cavadov küçəsi 48-də yaşayan Naməddin Mirzəyev 3-cü qrup əlil olan oğlunun üzləşdiyi problemi həll edə bilmir. Daha doğrusu, oğlu Fərrux Mirzəyevin eşitmə qabiliyyəti olmadığından ona verilmiş cihaz təyinatı üzrə olmadığından problem yaranıb. 

JAM.AZ-a müraciət edən Şirvan sakini bildirir ki, oğlu Fərrux eştiməməklə yanaşı, həm də danışa bilmir. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ortopedik Mərkəzində qeydiyyata alınıb. «2011-ci ildə oğluma 90 ölçülü eşitmə aparatı veriblər. Həmin vaxt dedilər ki, 3 ildən sonra bu cihaz dəyişdiriləcək. Ötən il həmin cihazı aparıb dəyişdirdim və 90 ölçülü bir başqa cihazı verdilər. Sonradan məlum oldu ki, yeni verilən cihaz təyinatı üzrə olmayıb. Çünki oğlum ondan istifadə edərkən exo və güclü səs-küy yaranır».

Naməddin Mirzəyev qeyd edir ki, həmin cihazı Ortopedik Mərkəzə apardıqda oradan bildirdilər ki, yanlışlıq olub və uşağa 120 ölçülü cizah verilməlidir. «Dedilər ki, bu işə mərkəzin ikinci mərtəbəsində əyləşən Asif adlı şəxs baxır. Mən də ona yaxınlaşıb cihazın dəyişdirilməsini istədim. Cavab isə belə oldu: «Düzdür, sizə 120 ölçülü cihaz verilməlidir. Lakin bunu məndən öncə burada işləyən şəxs verib, ona görə də dəyişə bilmərəm». Bu sözlərindən sonra şikayət edə biləcəyimi söyləsəm də, Asif adlı şəxs dedi ki, istədiyim yerə müraciət edə bilərəm». 

Şirvan sakini deyir ki, məsələ ilə bağlı dəfələrlə nazirliyin «Qaynar Xətti»nə zəng vurub. Lakin ona hər hansı bir cavab verməyiblər. «Oğlum cəmi 43 manat müavinət alır. Elə maddi imkanım da yoxdur ki, belə bir cihazı alım. Ona görə də, mətbuata üz tutaraq sizin vasitənizlə nazir Səlim Müslümova müraciət edərək, ondan bu işdə yardımçı olmasını istəyirəm». 

Nazirliyin də mövqeyini dərc etməyə hazırıq. 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024