Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (26-02-2016, 10:47)
Ziya Məmmədovun oğlu Azərbaycandan getdi

ziya-anarAnar Məmmədov ailəsiləbirgə İngiltərəyə köçüb

Mediatv.az Azadliq.info-ya istinadən bildirir ki, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Azərbaycanı tərk edib. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, Anar Məmmədov Ingiltərəyə köçüb. Bildililir ki, bir müddəəvvəl nazir oğlunun ailəsi Ingiltərəyə yerləşib.

Daha sonra Anar Məmmədov Azərbaycandan gedib. Məlumata görə, bu köç müvəqqəti xarakter daşımır. Yəni, Anar Məmmədovun Azərbaycana qaytımaq niyyəti yoxdur. Bildirilir ki, Anar Məmmədov “Qarant Holdinq”in rəhbərliyindən istefa verib. Hazırda holdinqə Ziya Məmmədovun qardaşı oğlanlarından biri rəhbərlik edir.

Anar Məmmədovun ölkədən getməsinin səbəbi barədə dəqiq bilgi yoxdur. Lakin ehtimal etmək olar ki, bu, Ziya Məmmədovun ulduzunun sönməsilə bağlıdır. Qeyd edək ki, nəqliyyat naziri artıq əvvəlki nüfuza və gücə malik deyil. Indi Ziya Məmmədovun Nəqliyyat Nazirliyinə rəhbərliyi formal xarakter daşıyır. Çünki nazirliyin bir çox səlahiyyətləri əlindən alınıb.

Ziya Məmmədovun biznes imperiyası da süquta uğramaq üzrədir. Nazirə məxsus ən böyük biznes strukturlarından biri olan “Qarant Holdinq”də maliyyə böhranı hökm sürür. Aylardır ki, işçilərin əmək haqqı verilmir. “Azadlıq” bir neçə gün əvvəl bu barədəməlumat yaymışdı. Həmin məlumatdan sonra “Qarant Holdinq”ə daxil olan “Qarant Sığorta”nın fəaliyyətinə rəsmən xitam verilməsi barədə məlumat yayıldı.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024