Cəmiyyət (22-02-2016, 16:33)
Afrikalı futbolçu azərbaycanlı deputata təyyarədə irad tutub
Təyyarədə telefonla danışan deputatla futbolçular arasında qalmaqal yaranıb
Mediatv.az-ın məlumatına görə, «Qarabağ» Topaz Premyer Liqasının XXI turu çərçivəsində qarşılaşdığı "Kəpəz"lə səfər oyunundan qayıdarkən çarter reysi ilə Bakıya dönmüşdü. Azerisport.az xəbər verir ki, həmin səfər zamanı maraqlı hadisə yaşanıb. Belə ki, təyyarədə hamıdan telefonlarını söndürmək xahiş olunub. Sərnişinlərdən biri isə Milli Məclisin deputatı imiş. Təyyarə havaya qalxarkən Ağdam klubunun bütün üzvləri telefonlarını söndürdüya halda, adı açıqlanmayan həmin deputat kiməsə zəng edib. Bunu görən Ansi Aqolli isə Azərbaycan dilində ona telefonunu söndürmədiyinə görə irad bildirib. Bu da sərnişinlər arasında gülüşə səbəb olub.
Aqolli özü isə həmin epizodu belə şərh edib: "Düzünü deyim ki, onun deputat olduğunu bilmirdim. Bunu bilsəydim, bəlkə də irad bildirməzdim. Nə bilim, bəlkə yenə də iradımı bildirərdim (gülür). Qanun hər kəs üçündür».