Cəmiyyət (17-02-2016, 12:33)
“Sən ərə gedəndə bilmirdin ki?..” - SOCAR-dan ittihamlara cavab
SOCAR “Günəşli” yatağında baş verən faciə zamanı həlak olan neftçi Tağıyev Fuad Tahir oğlunun xanımı Tağıyeva Humayın ittihamlarına cavab verib.
Mediatv.az-a SOCAR-dan verilən xəbərdə deyilir:
“SOCAR-ın Baş ofisinə Fuad Tağıyevin həyat yoldaşı Tağıyeva Humay gəlib və tələb edib ki, onunla rəhbərlik görüşsün. Onunla görüşmək üçün vitse-prezidentlər B.Bədəlov və X.Məmmədov qəbul otağına düşüb və xanımı qəbul ediblər. Humay xanım səbrlə dinlənilib, bütün suallarına ətraflı cavab verilibdir.
“SOCAR bizə niyə kömək etmir” sualına isə rəhmətlik Fuadın ailəsi üçün verilən maddi yardımlar sadalanıb. Bu zaman xanım etiraz edib və deyib ki, siz yalan danışırsınız, onlara o qədər pul verilməyib. Qəbulda olan məsul işçilər məlumat veriblər ki, xanım Fuad Tagıyevin ikinci həyat yoldaşıdır. Fuad rəhmətliyin birinci həyat yoldaşı və ondan bir uşağı var. Təqaüdçü atası Tahir var və qəbulda olan Humay xanımla nigahı olub, ondan da 2 uşagı var. Onlara verilən kömək və sığortanın məbləği haqqında məlumat veriləndə Humay xanım deyib ki, mənə o qədər pul verməyiblər, siz yalan danışırsınız.
Onda məlum olub ki, birinci həyat yoldaşından olan uşağın və atası Tahirin də o puldan almaq hüququ vardır. O, bu fikirlə razılaşmayanda soruşulub ki, sən ərə gedəndə bilmirdin ki, Fuadın başqa övladı var ? Bununla bağlı qanunun tələbləri ona izah olunub”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024