Cəmiyyət (17-02-2016, 10:47)
Kərəm Həsənovun görüşünün vaxtı dəyişdi
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 19 fevral tarixində Qobustan rayonunda keçirəcəyi vətəndaş qəbulu ayın 27-nə keçirilib.
Mediatv.az-a daxil olan məlumata görə, qəbulda Qobustan, Şamaxı, Ağsu rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər. Yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı ərazi idarəsi:
020-24 (5-29-93), 020-26 (5-01-08)
