Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (16-02-2016, 14:50)
Hicran Hüseynovaya qarşı ittiham

 

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ətrafında başlayan 170 minlik rüşvət qalmaqalı bir az da böyüyüb.

Mediatv.az xəbər verir ki, vəkil Adəm Məmmədov adını açıqlamaq istəmədiyi müvəkkilinin Hicran Hüseynovaya işə düzəlmək məqsədilə 170 min dollar verdiyini iddia edir. 

Avropa.info xəbər verir ki, məsələ ilə bağlı aznews.az-a danışan vəkil H.Hüseynovaya 170 min rüşvət verən müvəkkilinin sahibkar olduğunu deyib: “Müvəkilim uzun illər biznes fəaliyyəti, sahibkarlıqla məşğul olub. Bəzi xarici ölkələrlə ticarət əlaqələri var imiş. Təəssüflər olsun ki, indi müflisləşib, bu məsələdən sonra kasıblayıb”.

A.Məmmədov qeyd edib ki, müvəkkili ilə H.Hüseynova şəxsən tanış imişlər: “O, Hicran xanımdan adi iş istəyib. O, da deyib ki, adi işi nə edirsən, gəl səni Bakının rayonlarının birinə icra başçısının müavini təyin edim, işlərin daha da yolunda getsin. Müvəkkilim də razılaşıb. Bu proses 2012-ci ildə olub. Lakin o vaxtdan bu günə kimi nə pulu qaytarıb, nə də işə düzəldib”. 

A.Məmmədov onu da əlavə edib ki, müvəkili 170 min dolları komitənin keçmiş Aparat rəhbəri Səfər İmanovun yanında bir başa Hicran Hüseynovaya verib: “Müvəkilim pulu gətirən günü ilk olaraq Hicran xanımla görüşüb. Hicran xanım onu qəbul edib, danışıblar. O da pulu gətirdiyini deyib. Səfərin yanında pulu bir başa Hicran xanıma verib. Səfər də çantada pulu götürüb. Elə şeylər var ki, istintaqın gedişinə mane olur. Bu üzdən bəzi şeyləri açıqlamırıq. Bununla bağlı mötəbər sübutlar və sənədlər var. Səfər özü o xanımı ifşa edib, müvəkkilim deyir ki, mən pulu H.Hüseynovaya vermişəm, S.İmanov da bunu təsdiqləyir. Aparat rəhbəri öz sədrinə qarşı bunu yazıb təsdiqləyirsə, bu artıq cinayət işinin başlanması üçün ciddi əsasdır”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024