Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (19-02-2015, 12:55)
“Fahişəlik bizim üçün də ağrılı problemdir” – Hicran Hüseynova

“Fahişəlik bizim üçün də ağrılı problemdir” – Hicran Hüseynova

Azərbaycan qadın hüquqlarının təminatı istiqamətində fəaliyyət planı barədə BMT-nin Qadınlara Qarşı Ayrı‐seçkiliyin Bütün Formalarının Ləğvi Komitəsində (CEDAW) hesabat verib. 

 

“Mediatv.az” BBC Azərbaycanca-ya istinadən xəbər verir ki, Ailə, Uşaq və Qadın məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynova deyib ki, Azərbaycan höküməti dünyada iqtisadi böhran və Dağlıq Qarabağ münaqişənin davam etməsinə baxmayaraq, qadınlara qarşı zorakılığın bütün formalarına qarşı mübarizə aparmaqda və Komitə qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirməkdə məqsədlidir.

Genderdə hüquq siyasəti

Komitə üzvü, Nahla Haidar bildirib ki, 2009-cu ildə sonuncu hesabatdan bəri Azərbaycan genderdə hüquq siyasəti sahəsində müəyyən yeniliklər edib, yeni qanun layihələri qəbul edib. Xüsusilə də 2010-cu ildə Məişət zorakılığına qarşı Qanun qəbul edilib və bu, ənənələrin, mentalitet və stereotiplərin mövcud olduğu bir ölkə üçün çox vacibdir.

Lakin xanım Haidar qeyd edib ki, verilən hesabatda kəmiyyət və keyfiyyət informasiya çatışmazlığı müşahidə edilir.

"Alternativ mənbələrdən öyrənmişik ki, 2014-cü ildə ölkədə müstəqil qeyri-hökümət təşkilatlarının (QHT) işinə maneə törədə biləcək qanun dəyişiklikləri edilib. Şəffaflıq, vergi və maliyyədən istifadə istiqamətində olan dəyişikliklər QHT-lərin ölkədə işinə mane olur və bəzən də qəbul edilmiş qaydalardan çox uzaqda qalır. Halbuki, 2013-cü ildə ölkə sivil cəmiyyətin inkişaf etdirilməsi üçün əlavə qaydalara imza atıb". Bu baxımdan xanım Haidar ölkədə onsuzda az olan və resurs azlığı yaşayan qadın hüquqları QHT-lərinin vəziyyəti ilə maraqlanıb.

Xanım Patten isə qadınlar sülh yaratma proseslərində, yüksək və qərar verən vəzifələrdə iştirakçılığı ilə maraqlanıb.

"Mən sizdən hökümətizin hərbiləşmə üçün nə qədər maliyyə ayırması deyil, münaqişə nəticəsində zərər görmüş qadın və uşaqlara nə yardım göstərilməsi ilə maraqlanıram".

Dövlət və qeyri-hökümət sektorunda qadınlar

Hicran Hüseynova bu suallara cavab olaraq bildirib ki, qadınların dövlət işlərində iştirakçılığının artırılması üçün onlara müəyyən təlimlər keçirilir. "Lakin Azərbaycanda dövlət işinə daxil olmaq test üsulu ilədir".

QHT-lərə gəldikdə isə, xanım Hüseynova deyib ki, QHT-lərin qrant alması üçün QHT-lərə Dövlət Yardım Şurası yaradılıb. Bu şurada mövcud gender bölməsi xüsusilə bu mövzularda işləyən təşkilatlara maliyyə verir.

"Lakin real QHT-lərlə digərlərini ayırmaq lazımdır. Məişət zorakılığı və erkən nigahlar barədə 50-60 QHT var və hamı bu mövzudan işləmək istəyir, bu isə effektiv deyil".

Ədliyyə Nazirliyinin İnsan Haqları və PR şöbəsinin rəhbəri Faiq Qurbanov isə bildirib ki, indiyə qədər gender barədə 18 normativ akt qəbul edilib, eləcə də QHT Şura 11 milyon manatdan çox qrant ayırıb.

QHT-lər barədə qanunların dəyişməsinə gəlincə isə, cənab Qurbanov deyib ki, əsasən donor mexanizmləri dəyişilib ki, bütün QHT-lər sosial proseslərə faydalı olsun. Hazırda bu sahə üzrə daha 6 qanun aktı planlaşdırılır.

Xanım Acar bildirib ki, gender bərabərliyi barədə 2006-cı ildə və Məişət zorakılığına qarşı 2010-cu ildə qanunlar qəbul edilsə də, onları həyata keçirmək reallıqda asan deyil. Xüsusilə, patriarxal və stereotiplərlə dolu cəmiyyətlərdə. Bizdə belə məlumat var ki, qadın məsələləri barədə milli fəaliyyət planı da yoxdur və ya ictimailəşdirilməyib. Mən bilmək istəyirəm ki, dövlət bu diskriminasiyanın qarşısını almaq üçün hansı addımlar atır və İşgəncələrə qarşı İstanbul Konvensiyasını nə zaman qəbul edəcək?

Fahişəlik və insan traffikinqi

Xanım Haidar əlavə edib ki, fahişəliyə və insan traffikinqinə əsasən kasıb təbəqə məruz qalır. O həmçinin küçədəki uşaqlar barədə statistika və məlumat istəyib.

Xanım Leynardo isə deyib ki, hesabatda fahişəlik, qadın və qızların fahişəliyə cəlbi, eləcə də onların sayı barədə barədə məlumat yoxdur.

Hicran Hüseynova cavab olaraq deyib ki, 2000-ci ildə qadınların yüksək vəzifələrə təyini barədə qanun qəbul edilib, amma bu əsasən, dövlət və bəzi özəl sektora aiddir.

Lakin böyük işlər görülüb, regionlarda rəhbər vəzifələrə qadınlar təyin edilir, deputatlığa namizədlər arasında qadınlar sayı artır. Lakin stereotiplər var ki, qadınlar özləri uzaq qaçır.

Xanım Hüseynova bildirib ki, təkcə hakim Yeni Azərbaycan Partiyasından olan deputatlarnı 40 faizi qadınlardır və digər partiyalar da bu məsələyə diqqət yetirməlidir.

Onun sözlərinə görə, diskriminasiya ilə üzləşən qadınlar Komitənin qaynar xəttinə müraciət edə bilər. Komitə sədri vurğulayıb ki, biznes və QHT sektorunda işləmək istəyən qadınlara da yardım edilir. Hüquq-mühafizə orqanlarına gəldikdə isə, burada işçilər əsasən polis akademiyasından gəldiyi üçün qadınların sayı psixoloqlar və müəllimlərin hesabına artırılır.

O bildirib ki, qadın məsələləri üzrə milli planı isə hazırlanır və qəbul ediləcəyinə ümid edir.

Təhsil Nazirliyinin nümayəndəsi bildirib ki, Nazirlik təhsil ocaqlarında gender bərabərsizliyini azaldan işlər aparır.

Xanım Hüseynova bildirib ki, 2010-cu ildən Komitə sağlam həyat barədə KİV-lərlə çalışır. Polis Akademiya və Ədliyyə Nazirliyində təlimlər keçirir. 36 QHT bu işlər ətrafında işləyir.

İstanbul Konvensiyasının ratifikasiyası ilə bağlı deyə bilərəm ki, Azərbaycanın bu Konvensiyaya qoşulması ilə bağlı heç bir problem yoxdur. Müəyyən müzakirələrdən sonra bu ediləcək.

İnsan traffikinq probleminə toxunan Daxili İşlər Nazirinin müavini Oruc Zalov deyib ki, elə bir ölkə yoxdur ki, orada insan traffikinqi insanlıq üçün böyük problem olmasın.

Bununla mübarizə aparmaq üçün müəyyən qanunlarımız var, sosial reabilitasiya və şəffaflıq üçün işlər aparılır, qaynar xətt yaradılıb.

2014-cü il statistikasına görə, 97 traffikinq halı qeydə alınıb ki, onun dördü məcburi əmək, üçü qeyri-qanuni sənədləşmə, daha üçü insan traffikinqi, 54 qurban müəyyənləşib.

"Qaynar xəttimizlə bir neçə yüz traffikinq şikayəti və yardım istəmə daxil olub, bunlardan çoxu 24 yaşdan qadınlar olub. Ümumilikdə isə, insan traffikinqi ilə əlaqəli 3460 hal olub ki, nəticədə 4 nəfər insan traffikiqinə cəlb edən, 233 yalancı xarici iş və 240 xarici evlilik aşkarlanıb".

Fahişəlik, bütün ölkələr kimi bizim üçün də ağrılı və real problem olsa da, bu, xalqın real mentalitetinə uyğun deyil, xanım Hüseynova əlavə edib.

Əgər statistikaya baxsaq, görərik ki, Azərbaycanda böyük bir problem deyil.

Komitə sədri deyib ki, 2008-ci ldə 120 fahişəlik halı müşahidə edilib, həmçinin fahişəliyə cəlbin arxasında duran səbəbləri araşdırmaq üçün işlər aparılır.

Hesabatda toxunulan mövzular - stereotiplər və erkən nikahın artmasına şərait yaradan patriarxal münasibətləri aradan qaldırmaq üçün tədbirlər, qadın və qız uşaqlarının alverinə qarşı mübarizə səyləri, doğulan uşağın cinsinə nəzarət metodu kimi istifadə olunan abortların tənzimlənməsi üzrə tədbirlər, əmək haqqlarında gender əsaslı fərqlərin aradan qaldırılması, keçmiş SSRİ vətəndaşlarının sayının çoxluğunu nəzərə alaraq və vətəndaşsızlıq sisteminin yaradılması üçün prosedurların yaradılmasıdır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024