Cəmiyyət / Slayd (11-02-2016, 11:19)
İcra başçısının 170 min manatlıq təyinatı- ŞOK İDDİA
Ağdamın baş həkimi Bəxtiyar Haqverdiyev iki ayın içində 100 nəfəri işdən çıxarıb
Ağdam Mərkəzi Xəstəxanasının baş həkimi Bəxtiyar Haqverdiyev ağdamlıları üsyana hazırlayır. Buna səbəb isə onun atdığı bir sıra addımlar və etdiyi hərəkətlərdir.
Mediatv.az xəbər verir ki, bu barədə Demokratiya.info saytı məlumat yayıb.
Məlumatda deyilir ki, baş həkim Bəxtiyar Haqverdiyev təxminən 2 aydır “ixtisar” adı altında narazılıq yaratmağa başlayıb. Belə ki, iki aydır baş həkim təyin olunan sözügedən şəxs artıq Ağdam səhiyyəsində çalışan 100-dən artıq şəxsi işdən çıxarıb.
Sayt baş həkimin təyinatı ilə bağlı maraqlı bir iddia da ortaya atıb: “Bəxtiyar Haqverdiyevin təyinatı heç də göydəndüşmə olmayıb. Rayon camaatının sözünə görə, onun baş həkim postuna təyinatı Ağdamın icra başçısı Raqub Məmmədova verilmiş 170 min manata bağlı olub. Üstəlik, Ağdama kənardan gətirildiyi üçün yerli camaata əhəmiyyət verməyən baş həkim, onlarla münaqişəyə getməkdən də çəkinmir”.
Saytın araşdırmalarına görə, Bəxtiyar Haqverdiyev heç də dinc bəşər olmayıb. “O harada işləyibsə, orada qalmaqallı şəxs kimi tanınıb. Məsələn, onun Qəbələ Diaqnostika Mərkəzində işlədiyi zaman baş həkimlə yola getmədiyi vurğulanır. Lakin sonradan baş həkim Sabir doxtur onun işdən çıxarılmasına nail olub”.
Yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.