Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (21-10-2015, 22:47)
Deputatı qaçqınlar Ağcabədidə daşqalaq ediblər

Deputatı qaçqınlar Ağcabədidə daşqalaq ediblər

 

Bəxtiyar Əliyev seçiciləri tərəfindən hər yerdən qovulur. O yenidən Ağdamdan deputat olarsa, bu seçicilərin iradəsi ilə olmayacaq
Ağcabədidə yerləşən ağdamlı məcburi köçkünlər deputat Bəxtiyar Əliyevi qəsəbədən daşla qovublar.
Ötən həftə Ağcabədi rayonunda yerləşən qaçıqın qəsəbəsində maraqlı vəziyyət yaşanıb. Belə ki, seçiciləri ilə görüşə gələn 118 saylı Ağdam şəhər seçki dairəsindən deputatlığa namizəd, hazırda deputat olan, AMEA-nın müxbir üzvü, professor, psixologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, Milli Məclisin deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev seçiciləri ilə görüşə gələrkən gözləmədiyi mənzərə ilə üzləşib.  Qəsəbəyə seçiciləri ilə görüşə gələn professor deputatı seçiciləri əllərində daşla qarşılayıblar.
Bu barədə AzMedia.info-ya Ağcabədidən daxil olan məlumatda göstərilir ki, məcburi qaçqınlar Bəxtiyar Əliyevə «burdan rədd ol», qışqıraraq əllrindəki daşları maşınlara atıblar. Bir neçə maşının zədələndiyinə diqqət çəkən mənbə bildirir ki, rastlaşdığı vəziyyətdən çaş-baş qavlan Bəxtiyar Əliyev maşından düşməyib. Seçilər isə «5 ildir itmisən, indi niyə gəlmisən», qışqırmaqda və daş atmaqda davam ediblər. Qəzəblənmiş kütlə Ağdam İcra Hakimiyyətindən gələn nümayəndələri belə dinləməkdən imtia ediblər. Vəziyyətin daaha da gərginləşməsindən qorxan Bəxtiyar Əliyev gəldiyi kimi də heç kimlə görüşmədən qəsəbəni tərk edib.
Lakin bu hal Bəxtiyar Əliyevin rastlaşdığı tək qalmaqal olmayıb. AzMedia.info-ya daxil olan məlumatda bildirilir ki, Bəxtiyar Əliyev digər ərazilərdə də seçiciləri tərəfindən qovulub. Ağcabədidə baş verən qalmaqaldan sonra Bəxtiyar Əliyev Ağdamın Qaradağlı və Ələfli kəndlərinə seçicilərlə görüşə gedərkən onları kəndin kənarında icra nümayəndəsi qarşılayıb və bildirib ki, yaxşı olar ki, kəndə daxil olmasınlar. Çünki xrşagəlməz hallarla rastlaşa bilərlər. Bəxtiyar Əliyev isə Ağcabədidə yaşadıqlarını diqqətə alaraq Qaradağlı və Ələfli kəndlərinə girmədən geri dönüb. 
Qeyd edək ki, 2010-cu il seçkilərində Bəxtiyar Əliyev faktiki olaraq seçilərini təhqir edib. Seçiciləri ilə görüşündə Bəxtiyar Əliyev bildirib ki, o, onsuzda deputat olacaq və heç kimin də səsinə ehtiyacı yoxdur. Bundan sonra Ağdamı tərk edən professor bir daha seçicələri ilə təmasa keçməyib və Ağdama ayaq basmayıb. 
Xatırladaq ki, Bəxtiyar Əliyev ölkə gündəminə həmişə qalmaqallı hadisələrlə gəlib. Onun adı daha çox saxta diplom işlərində hallanıb. Qeyd edək ki, Azərbaycanda faktiki olaraq yüksək və orta səviyyəli vəzifələrdə çalışanlar arasında 2000-dən artıq saxta diplomlu şəxslər var. Bu saxta diplomların verilməsini hal hazırda Milli Məclisin deputatı, eyni zamanda Elm və Təhsil Komissiyasının sədr müavini, habelə BDU-nun Elmi Şurasının sədri Bəxtiyar Əliyev həyata keçirdiyi idda olunur. 
Belə ki, Bəxtiyar Əliyev 2000-ci ildə Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, Hüquq və İqtisadiyyat Universitetinin Bakı filialını yaradıb. Şəxsi mənzilində. cəmi iki otaqda fəaliyyət göstərən bu filialın sənədləri də yerində olmayıb. 7 il ərzində oraya testdən kənar (guya Rusiya qanunları üzrə) 2 min tələbə qəbul edilibb. Qəbul edilənlərin hamısı vəzifəli şəxslərin uşaqlarıdır. Deputat qəbuldan 1 ay sonra onları müxtəlif nüfuzlu dövlət universitetlərinə transfer edib. Beləliklə testdənkənar qəbul olunan həmin şəxslər yekunda BDU və digər nüfuzlu Universitetin diplomunu alıb". 
Məsələ bununla da bitməyib. "Bəxtiyar Əliyev yaratdığı filiala başqa işlərə də qol qoyub. Məsələn, bakalavr pilləsini bitirən həmin məmur uşaqlarının əksəriyyəti öz diplomlarının statusunu artırmaq üçün, ya təkrar 2-ci ali təhsil "alıb", ya da Elmi İş "müdafiə edib"(hər ikisində "test imtahanı" yoxdur)". 
Sözügedən filialın diplomuna sahib olan vəzifəli uşaqlar valideynlərinin sayəsində bu gün müxtəlif dövlət vəzifələrində çalışırlar. Xüsusən də güc strukturlarında yerləşiblər. Çünki onların əksəriyyəti hüquq sahəsi üzrə "təhsil" alıblar". 
Jam.az-a məlumatı göndərən şəxs hətta hansı strukturda neçə nəfər belə diplomlu şəxslərin varlığından xəbərdar olduğunu da yazıb. "Məndə olan məlumata görə, Baş Prokurorluqda 2 nəfər həmin Bakı filialının məzunu var. Onlardan yüzlərlə şəxs DİN, FHN, MTN və Ədliyyə Nazirliyində isə nisbətən orta səviyyəli vəzifələrdə (idarə, şöbə, bölmə rəisi səviyyəsində) qərarlaşıblar".
Hətta iddia edilir ki, hazırda bir rayonun prokuroru da saxta diplomludur. Və mənbə yekunda bu şəxslərin siyahısını da təqdim etməyə hazır olduğunu bildirib.
Arqument.Az

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024