Cəmiyyət (9-02-2016, 17:11)
“Azərsu”nun suyu qurtarıb?
Bakının müxtəlif rayonlarından mənzillərə içməli suyun verilməsi ilə bağlı şikayətlər gəlir.
Mediatv.az xəbər verir ki, günorta saatlarında suyun verilməsində fasilələrin yaranması əhalinin narahatlığına səbəb olub. Bir çoxları bunu “Azərsu”da su qıtlığının yaranması və suya qənaət məqsədilə bu addımın atılması kimi dəyərləndirib.
Musavat.com problemə aydınlıq gətirmək üçün “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlayıb. A. Cəbrayıllı bildirib ki, hazırda Bakının su ilə təchizatında ciddi bir problem yoxdur: “Yalnız Nizami rayonunda aparılan yenidənqurma işləri ilə əlaqədar suyun verilməsində fasilələr var. Səbəb odur ki, binalardakı mənzillərə sayğaclar qoyulur. Zirzəmidən gedən xətlər yenilənir. Bununla bağlı, M. Abbasov küçəsində, Ə.Hacıyev küçəsində, Ordubadi və Şirin Mirzəyev küçələrində fasilələr var.
Bir də Nəsimi rayonunda qəza var. Başqa heç bir ərazidə su təminatında problem yoxdur”.
Paytaxtda su qıtlığına münasibət bildirən Anar Cəbrayıllı bu iddianı qəbul etmədiyini vurğuladı: “Su qıtlığından söhbət gedə bilməz. Yay olsaydı, bəlkə bu haqda danışmaq olardı. Ancaq qış fəslində adətən su qıtlığı problemi yaşanmır”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
29 04 2025
29 04 2025
29 04 2025