Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (3-06-2014, 23:43)
Yeni Günəşli sakinləri susuzluqdan şikayətlənir

Mənzillərdəki su çənləri yığışdırılıb, gecə saatlarında binalara suyun verilməsi tam şəkildə dayandırılır

Bir ilə yaxındır ki, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindəki “V” yaşayış massivindəki bəzi binaların içməli su təminatında ciddi problemlər yaşanırdı. Belə ki, həmin ərazidə yaşayış binalarına su uzun fasilələrlə verilirdi. “Azərsu” ASC tərəfindən adıçəkilən qəsəbəyə yeni su xətti çəkiləndən sonra bu problem həllini tapsa da, az sonra eyni vəziyyət təkrar olundu. Hazırda adıçəkilən qəsəbənin “V” yaşayış massivində bir neçə binaya su təchizatının fasiləsizliyi yenidən pozulub. Bu isə sakinlərin haqlı narazılığına səbəb olub. Bu dəfə adıçəkilən qəsəbənin “V” massivində əksər binalara su fasilələrlə verilir. 
Qəsəbə sakini Elçin Bağırov “Həftə içi”nə şikayətlənərək deyib ki, isti yay mövsümündə problemin daha da qabarması onları ciddi narahat edir. “V” yaşayış sahəsindəki 28 saylı binada yaşayan şikayətçi deyir ki, bu ünvanda içməli suyun uzun fasilələrlə verilməsinə ötən ildən başlanıb. Bundan sonra “Azərsu” ASC həmin ünvanda su xətlərini dəyişdirərək problemi həll edib və əhaliyə fasiləsiz olaraq su verilib. Hətta “Azərsu” ASC-nin əməkdaşları mənzillərdə “SMARTkart” tipli su sayğacları da qoyub: “Amma indi nəinki bizim yaşadığımız binaya, eləcə də ətrafdakı 1, 5, 6, 28, 30 saylı binalara içməli su fasilələrlə verilir”.
Əslində isə “V” yaşayış massivinin sakinlərini narahat edən problem içməli su təchizatının gecə saatlarında tam şəkildə dayandırılmasıdır. Belə ki, həmin ünvandakı binalara suyun verilişi saat 23:50-dən səhər saat 5:00-dək dayandırılır. Halbuki əvvəllər bu əraziyə içməli su bütün sutka boyu fasiləsiz verilib. Elçin Bağırov bildirir ki, bütün sakinlər gündəlik suyun pulunu əvvəlcədən kart vasitəsilə ödəyir: “Bir müddət əvvəl “Azərsu” mənzillərdəki su çənlərini sökdürüb. Ona görə də gecə saatlarında su lazım olsa, bir qurtum su tapa bilmirik. Xəstə adamam, hər an mənə su lazım olur. Əvvəllər su fasiləsiz verildiyinə görə mənzillərimizə su çəni qoymuşduq. Ehtiyat üçün su verilən zaman çəni doldurardıq. Artıq qəsəbəyə yeni su xətti çəkildi və binalara su 24 saat müddətində fasiləsiz verildiyindən su çənlərini yığışdırıblar. Artıq yaydır, havalar isti keçdiyindən gecələr gec yatırıq. Bəzən səhərəcən gecəni oyaq qalırıq. Halbuki binalarda xəstə insanlar, qocalar, əlillər və körpə uşaqlar yaşayır. Ona görə də içməli su yaşayış binalarında həmişə lazım olur”.

 

шаблоны для dle 11.2

Xəbər lenti
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024