Cəmiyyət (9-02-2016, 09:55)
“İcra başçısı mənimlə ”zapravka" davası edir"
Gədəbəyli iş adamı Ramiz Yediyarovdan şikayətçidir
Mediatv.az xəbər verir ki, Prezident İlham Əliyevin son müşavirələrdə qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacib olmasını söyləməsi, ölkədə sahibkarlığın inkişafına şərait yaradılması haqda çıxışlarından sonra ölkədə sahibkarlara münasibətin dəyişəcəyi gözlənilən idi. Ölkə başçısının məmurlara, xüsusən də icra başçılarına sahibkarlara şərait yaradılması haqda tapşırıqları da məhz ölkədəki sosial-iqtisadi durumun yaxşılaşmasına, yeni iş yerlərinin açılmasına bir çağırış idi. Lakin çox təəssüf ki, prezidentin çağırışlarından sonra da bəzi icra hakimləri fəaliyyətlərində dönüş yaratmaq istəmirlər.
Musavat.com-un redaksiyasına müraciət edən Gədəbəy rayon sakini Xəyyam Əzimzadə deyir ki, icra başçısı Ramiz Yediyarov ona məxsus yanacaqdoldurma məntəqəsini yerlə-yeksan edib və icra başçısının əməlinin qanunsuz olduğunu məhkəmələr də təsdiqləyib: “Gədəbəydə Heydər Əliyev prospekti 11 ”a" ünvanında mənim yanacaqdoldurma məntəqəm vardı. İcra başçısı əvvəlcə məntəqəni əlimdən almaq üçün ən müxtəlif yollara əl atdı. Alınmadı.
Bundan sonra icra başçısının göstərişi ilə qanuni obyektim dağıdıldı, məni də, işçilərimi də işsiz, gəlirsiz qoydular. Orada çalışan işçilərimdən biri də Qarabağ veteranı Əli Adıgözəlov idi. Sadəcə, obyektimi dağıtdılar. Dedilər ki, guya yol çəkirlər. Sonra dedilər ki, park salırlar. Aydın oldu ki, park 100 metr o tərəfdə salınacaq. Bundan sonra da dedilər ki, məktəb tikirik. Lakin bu da yalan çıxdı. Bir də eşitdik ki, yanacaqdoldurma məntəqəsinin olduğu yeri icra başçısı zəbt eləmək istəyir. Qalmışıq məhkəmələrdə. Dövlət orqanlarının verdiyi sənədlər də torpağın, üzərindəki tikililərin mənə aid olduğunu sübut edir".
Sahibkar deyib ki, hazırda iş üzrə Gəncə İnzibati-İqtisad Məhkəməsində iddiası üzrə araşdırma gedir:“Əvvəlki məhkəmədə icra hakimiyyətinin yanacaqdoldurma məntəqəsini sökməsinin qanunsuz olduğu təsdiqləndi. Bundan sonra yeni bir iddia ilə məhkəməyə müraciət etdik. Bizə söküb dağıtdıqları iş yerimizi bərpa edib vermələrini və ya kompensasiya ödəmələrini tələb edirik. Necə ki, qanunsuz olaraq iş yerimizi söküblər, elə də zəhmət çəkib bərpa eləsinlər”.
İş adamı deyib ki, icra başçısının qanunsuzluqları haqda müvafiq orqanları da məlumatlandırıb: “Mən sahibkaram, zəhmətlə qurduğum iş yerimi dağıdıb məni, mənim kimi yüzlərlə adamı işsiz qoymaq qanuni ola bilməz. Komissiya yaradılsın, gəlib yoxlasınlar, görəcəklər ki, tam qanunsuz olaraq Gədəbəydə sahibkarlara qarşı addımlar atılır”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024