Cəmiyyət (1-02-2016, 21:58)
Ulu Öndər - uşaqların ən yaxın dostu
Heydər Əliyev şəxsiyyətinin dahiliyi, onun əvəzolunmazlığını sübut edən ən birinci fakt məhz odur ki, o böyüklərə nə qədər sərt və tələbkar idisə, eyni zamanda uşaqlara qarşı son dərəcə nəzakətli və mərhəmətli idi. O, uşaqları hədsiz sevgi ilə sevir və onların hər birinə öz balası kimi münasibət bəsləyirdi. Heydər Əliyev uşaqların təhsilinə, onların savadlı və cəmiyyət üçün yarallı olmalarına çalışmışdır.O, hər zaman "Uşaqlar bizim gələcəyimizdir" deyirdi və əgər bir dövlət öz gələcəyini işıqlı, parlaq görmək istəyirsə gərək uşaqla xüsusi diqqət yetirsin. Bu da Heydər Əliyev siyasətinin əsas yollarından biridir. O, kimsəsiz uşaqların rahat həyat keçirmələrini təmin etmişdir. Bu məqsədlə o bir çox uşaqları dövlət hesabına xaricdə təhsil almalarına imkan yaratmışdır. Uşaqların hər biri onu öz babası, doğma insanı kimi sevirdilər. Heç bir tədbir Heydər Əliyevsiz keçmirdi. O, hər kəsin, mənim də, sənin də çox yaxın dostu idi. Təəssüf ki, o bu gün bizimlə deyil və artıq bizim tədbirlər onsuz, o, böyük insansız keçir. Bu bizi çox üzür. Amma gəlin əyilməyək. Çünki bu gün H. Əliyev yoxdursa, onun yolunu layiqincə davam etdirən İlham Əliyev və xanımı Mehriban Əliyeva kimi insanlar var.
Bu gün böyük insan adını daşıyan fondun sayəsində bir çox yeni uşaq evləri tikilmiş, yüzlərlə tədris və mədəniyyət ocaqları, uşaq bağçaları, yeni avropa üsulu təmir edilmiş və bir çox təhsil ocaqları kompyuterlərlə təmin olunmuşdur. Bu gün biz belə dinc şəraitdə yaşadığımız və yalnız Heydər Əliyevi də onun irsini layiqincə davam etdirən İ. Əliyev və Mehriban. Əliyevaya oz təşəkkür və minnətdarlığımızı bildiririk.
O, bizim problemlərimizlə maraqlanır, bizi narahat edən hər bir şeydən xəbər tutmağa çalışırdı. Mehriban Əliyeva başçılığı ilə aparılan bütün bu işlər göz qarşısında , hər kəs bunu görür və onun əməllərini yüksək qiymətləndirir. Çünki onlar uşaqların gələcəyinin təməlini qoyan şəxslərdir.
Bu gün böyük insan adını daşıyan fondun sayəsində bir çox yeni uşaq evləri tikilmiş, yüzlərlə tədris və mədəniyyət ocaqları, uşaq bağçaları, yeni avropa üsulu təmir edilmiş və bir çox təhsil ocaqları kompyuterlərlə təmin olunmuşdur. Bu gün biz belə dinc şəraitdə yaşadığımız və yalnız Heydər Əliyevi də onun irsini layiqincə davam etdirən İlham Əliyev və Mehriban Əliyevaya oz təşəkkür və minnətdarlığımızı bildiririk.
O, bizim problemlərimizlə maraqlanır, bizi narahat edən hər bir şeydən xəbər tutmağa çalışırdı. Mehriban Əliyeva başçılığı ilə aparılan bütün bu işlər göz qarşısında , hər kəs bunu görür və onun əməllərini yüksək qiymətləndirir. Çünki onlar uşaqların gələcəyinin təməlini qoyan şəxslərdir.
Lamiyə Əliyeva,
Nəsimi rayon 164 saylı orta məktəbin şagirdi