Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (25-02-2014, 10:04)
“Bizə inanırlar” – Mehriban Əliyeva

 

 

“Uşaqlar demək olar ki, günün yarısını bağçada keçirirlər. Bu təhsil ocaqlarında olan şərait, orada uşaqlarımızın aldıqları tərbiyənin keyfiyyəti, hökm sürən ab-hava çox vacibdir”. 

“Mediatv.az” xəbər verir ki, bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fondun məktəbəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı zamanı deyib. Artıq Fondun yeni layihəyə start verdiyini bildirən Mehriban Əliyeva deyib ki, ölkəmizdə uşaq bağçalarının tikintisinə çox böyük ehtiyac var: “Uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məhz bu müəssisələrdə formalaşır. Belə olan halda, əlbəttə, biz təhsilin bu sektoruna daha böyük diqqətlə yanaşmalıyıq”.
Üçüncü regional inkişaf proqramı çərçivəsində təmirə ehtiyacı olan bütün məktəblərin yenidən qurulacağını və ölkədə bir dənə də olsun təmirsiz məktəbin qalmayacağını deyən Mehriban Əliyeva Fondun "Uşaq evləri və internat məktəblərinə dəstək" layihəsindən də danışıb, bu çərçivədə 32 internatın və uşaq evinin yenidən qurulduğunu və layihənin icrası zamanı Heydər Əliyev Fondunun özəl sektor ilə gözəl işbirliyi yaratdığını diqqətə çatdırıb.
Mehriban Əliyeva deyib ki, bu il mayın 10-da Heydər Əliyev Fondunun yaranmasının 10 ili tamam olur: "Bu illər ərzində, əlbəttə, Heydər Əliyev Fondu ölkəmizin ictimai həyatının müxtəlif sahələrində çox fəal iştirak edib. Bir çox layihələr, proqramlar icra edib. Qısa söyləsəm, bizim ən böyük nailiyyətimiz ondan ibarətdir ki, on il ərzində biz Azərbaycan xalqının hörmətini, dəstəyini qazanmışıq. Bizə inanırlar".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024