Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (30-01-2016, 12:22)
AQRAR UNUVERSİTETİNDƏ ELMİ ŞURA KEÇİRİLİB

AQRAR UNUVERSİTETİNDƏ ELMİ ŞURA KEÇİRİLİB

 

Azərbaycan Dövlət Aqrar Universitetində növbəti elmişura keçirilib.

Mediatv.az xəbər verir ki, Elmi şurada Regionların 2014-2018-ci illərdə Sosial İqtisadi İnkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr edilən konfransın müddəalarından irəli gələn məsələlərlə bağlı ADAU-nun qarşısında duran vəzifələr, 2015-2016-cı tədris ilinin payız smestrinin imtahan sessiyasının gedişi, akademik məsləhətçilərin (tyutorların) faliyyətinin vəziyyətə və digər cari məsələlər müzakirə edilib.

ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə Elmi şurada çıxış edən rektor, İbrahim Cəfərov deyib ki, qeyri neft sektorunun inkişafında əsas yeri aqrar sahə tutur. İndi aqrar sahəyə daha yaradıcı formada yanaşmaq, elmi əsaslarla inkişafını təmin etmək lazımdır. Torpağn insan həyatına gətirə biləcək bütün nemətlərin istehsal həcmini eytiyacı ödəyəcək miqdara çatdırmaq başlıca məsələdir. Bizim isə əsas hədəfimiz aqrar sahənin inkişafını təmin edəcək ən yüksək səviyyəli kadrlar hazırlamaqdır. Tədrislə təcrübənin paralel tətbiqinin miqyasını genişləndirmək, mövcud maddi-texniki bazadan da yararlanmaq olduqca vacibdir.

Tədris işləri üzrə prorektor Anar Hətəmov isə imtahanların gedişindən ətraflı məlumat verib. Deyib ki, kompyuterlərlə imtahanların qəbulu üçün iki auditoriyada 156 kompyuter qoyulub. Universitet tərəfindən yaradılan “Virtual elektron tədris” proqramı imtahanların obyektiv, şəffaf formada qəbul edilməsinə, operativ olaraq nəticə barədə məlumatın alınmasına daha geniş imkan açıb. Gün ərzində 1000-ə yaxın tələbə imtahan veririr nəticələri imtahan prosesi başa çatan kimi bilirlər. Rektorun əmrinə əsasən, imtahanların keçirilməsi məqsədilə 12 nəfərdən ibarət işçi qrupu təşkil olunub, imtahan rəhbəri təyin edilib, fənlər üzrə test sualları vaxtında tələbələrə çatıdırılıb. Imtahan cədvəlləri və qrafikləri təsdiq edilib, tədris-nəzarət komissiyasına tapşırılqlar verilib. Valideynlərə, kütləvi informasiya vasitələrinin nümayəndələrinin arzu etdikləri halda imtahanlarda iştirakı da təmin edilib. Bundan başqa, imtahanlarda verilən qiymətə etiraz edən tələbələrin müraciətlərin baxılması üçün magistratura və bakalvriat səviyyəsində apellyasiya komissiyaları yaradılıb. İmtahanlarda üzrlü səbəbdən iştirak etməyən tələbələrə  həmin fənlərdən imtahan vermək üçün 2016-cı ilin fevralın 2-dən 13-dək bir dəfə şəraitin yaradılması nəzərdə tutulub.

Təhsil Nazirinin müvafiq əmrinin icrası məqsədilə imtahan qərargahı yaradılıb, bu məqsədlə mühəndislik korpusunda 3-cü mərtəbədə 316-cı otaq telefonla təmin edilib, qərargahın fəaliyyəti ilə bağlı bütün imtahan otaqlarının qarşısında məlumat yerləşdirilib.

İmtahan prosesinin fasiləsiz internet və elektrik enerjisi ilə təminatı  məqsədilə rektorun imzası ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə məktublar göndərilib. Imtahanlarda heç bir neqativ hal və şikayət qeydə alınmayıb. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024