Cəmiyyət (24-01-2016, 17:15)
“MTRŞ qərar qəbul etməzdən əvvəl düşünməli, ANS isə ..” - Qulu Məhərrəmli
Media eksperti Qulu Məhərrəmli Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS TV-də yayımlanan "Hesabat" verilişinin efirə getməsini dayandırması və daha sonra qərarını dəyişməsinə münasibət bildirib.
Mediatv.az xəbər verir ki, Musavat.com saytına açıqlama verən ekspert qeyd edib ki, “Hesabat” verilişinin yayımının davam etdirilməsi müsbət haldır: “Kimin haqlı olduğunu araşdırmağa başlasaq, çox dərinliyə gedib çıxacağıq. Bir televiziya adamı olaraq ANS-in populyar verilişlərindən birinin yayımının bərpa olunması mənim üçün önəmlidir. “Hesabat”ın yayımını davam etdirməsi müsbət hadisədir. Gələcəkdə həm televiziya diqqətli olmalıdır, həm də MTRŞ qərar qəbul etməzdən əvvəl düşünməlidir. Önəmli olan MTRŞ ilə ANS arasındakı münasibətlərin normal məcraya yönəlməsidir. Onların işgüzar əməkdaşlığı olmalıdır. Aralarındakı gərginliyin artması yaxşı heç nə vəd etmir. Bizim üçün önəmli nəticə “Hesabat”ın yayımlanmasıdır. Hazırda ictimai-siyasi verilişlərdə qeyri-peşəkarlıq və məhdudiyyət var. Bu verilişin bağlanması mənzərəni daha da tündləşdirərdi. Verilişin davam etməsi yaxşı hadisədir”
Qeyd edək ki, ötən gün keçirilən mətbuat konfransında MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli bildirib ki, telekanal rəhbərliyinin səmimi etirafını nəzərə alaraq, "Hesabat" verilişinin yayımının bərpa olunması haqda qərar qəbul ediblər.
MTRŞ-nın qərarı ilə bağlı saytımıza açıqlama verən ANS Şirkətlər Qrupunun prezidentinin media məsələləri üzrə müşaviri Mais Məmmədov bildirib ki, qərar dəyişikliyinə Nuşirəvan Məhərrəmli aydınlıq gətirməlidir: "Nuşirəvan Məhərrəmliyə zəng edib soruşun ki, niyə verilişin yayımının dayandırılması barədə verdiyi əmri geri çəkdi? Mən bu haqda nə deyə bilərəm? Şükür Allaha ki, bizdə demokratiya var. Veriliş bağlandığı kimi açıldı. Biz nə etmişik? Xalq düşməniyik, ya partlayış törədirik? Jurnalistik və yazırıq. Mən bilən o quruma rəhbərlik edən adam jurnalistikaya uzaqdır. Mənim fikrim belədir".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024