Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (23-01-2016, 15:14)
Nuşirəvan Məhərrəmli: “Bu gün qanunları ən çox pozan telekanal ANS-dir”

Nuşirəvan Məhərrəmli: “Bu gün qanunları ən çox pozan telekanal ANS-dir”

 

 

“ANS televiziyasının serial çəkilişi ilə bağlı dediklərini qətiyyətlə rədd edirik. Heç bir telekanala qərəzimiz yoxdur. Azərbaycan prezidentinin sərəncamı ilə serialların çəkilişinə əvvəl 5 milyon, sonra isə 6 milyon manat vəsait ayrılıb. Bu vəsait qəpiyinə qədər telekanallar arasında bölüşdürülüb”.
 
Mediatv.az-ın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS televiziyası tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, serial çəkilişi ilə əlaqədar ANS telekanalına 1 milyon 760 min manat vəsait ayrılıb: “Serial çəkilişi üçün "Lider"ə 1 milyon 800 min manat, "Space"ə 1 milyon manat 800 min manat ayrılıb. 2015-ci ildə isə “Region” telekanalına 550 min manat vəsait ayrılıb. Telekanal gec yarandığı üçün az vəsait verilib”.
 
Şura sədri əlavə edib ki, MTRŞ serial çəkilişi ilə əlaqədar müqavilə öhdəliklərini yerinə yetirmədiklərinə görə ANS və İctimai Televiziyanı məhkəməyə verib: “Abşeron” serialının çəkilişi ilə bağlı ANS-ə 200 min manat vəsait verilməli idi. Birinci mərhələdə 60 min, ikinci mərhələdə 100 min, üçüncü mərhələdə isə 40 min manat ödənilməliydi. ANS telekanalı bu işə məsuliyyətsiz yanaşdı. “Abşeron” serialının adının dəyişdirilməsi üçün bizə müraciət etdilər. Biz də onları məhkəməyə verdik. Bu dediklərim onların 40 min manatla bağlı iradlarına cavabdır”.
 
N. Məhərrəmli qeyd edib ki, bu gün ən çox qanunları pozan ANS telekanalıdır: “Bizim verdiyimiz qərarlar qanunlara əsaslanır və biz qərarların doğruluğuna əminik”.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024