Neftin barreli 30 dollardan düşdükcə, Rusiya varlıları 10 günə 11 milyard dollar (7.6 milyard funt-sterlinq) itiriblər.
Mediatv.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti yazır.
“Onlar ağlagəlməz sərvəti birdən-birə topladılar. Ancaq Rusiya oliqarxlarının erası da bitməkdədir, neft ucuzlaşır, rublun çöküşü isə dünyanın ən varlılarının böyük itkilər verməsi ilə nəticələnir”-qəzet bildirir.
Məlmata görə “Sibneft”in satışından milyardlar qazanan, “Chelsea” futbol klubunun sahibi Roman Abramoviç 820 milyon, polad maqnatı, “Arsenal”ın səhmlərinin üçdə birinin sahibi Əlişir Usmanov ilin əvvəlində 910 milyon dollar itirib.
Mədən şirkətləri hesabına ölkənin ən sərvətlilərindən birinə çevrilmiş Vladimir Potaninin itkisi 1.3 milyard dollardır, sərvəti 13.3 milyarda düşüb.”Novatek” qaz nəhənginin rəhbəri Leonid Mikelsonun var-dövləti isə 1.5 milyard azalaraq 11.5 milyarda enib.
“Bloomberg”in göstəricilərinə görə, ümumilikdə 130 milyard dollara sahib olan 13 varlı rusiyalının ilin əvvəlindən 11.1 milyardı küləyə sovrulub.