Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (15-01-2016, 22:13)
“Əksər icra başçıları tutduqları vəzifəyə layiq deyil” – Millət vəkili

vahidd_ahmadov_b

 

“İcra başçılarının əksəriyyəti dövlət büdcəsinin müəyyən hissəsinin mənimsənilməsi ilə məşğuldurlar. Əksər icra başçıları əhalinin dərd-sərləri ilə maraqlanmırlar”.

Mediatv.az xəbər verir ki, bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov cəbrayıllı köçkünlərin yanvarın 13-də süni qiymət artımı əleyhinə keçirdiyi etiraz aksiyası zamanı icra başçısının insanları təhqir etməsinə münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, kimliyindən asılı olmayaraq belə hallar yolverilməzdir: “Kimliyindən asılı olmayaraq, heç bir icra başçısı vətəndaşlarla bu cür rəftar edə bilməz. İcra başçıları ölkə Prezidenti cənab İlham Əliyevdən ibrət dərsi götürməlidirlər. Prezident mütəmadi olaraq bu barədə ciddi xəbərdarlıqlar edib və edir də… Hökumətin son iclasında da İlham Əliyev icra başçılarına ciddi xəbədarlıq etdi. Mən sizə açığını deyim ki, icra başçılarının əksəriyyəti öz yerində deyillər. İnsanlarla rəftar edərkən hər şeyə fikir vermək lazımdır. İnsanlarla belə rəftar etməyə və insanlara söyüş söyməyə sənə kim ixtiyar verib?!”.
Vahid Əhmədov hesab edir ki, qeyri-etik davranış sərgiləyən icra başçıları bu hərəkətlərilə daşıdıqları vəzifəyə layiq olmadıqlarını nümayiş etdirilər: “İcra başçısı öz yerində olmadığına görə belə hərəkət edir. Elə icra başçıları var ki, bütün günü əhalinin dərdi ilə məşğul olur. Amma o icra başçısı ki, əhalini qəbul etmir və onların qayğısına qalmır, deməli vəzifəsinə layiq deyil”.
Deputat ölkə Prezidentinin hökumətin son iclasında verdiyi göstərişlərin artıq tədricən həyata keçirildiyini də bildirib: “Prezident İlham Əliyevin hökümətin son iclasında qəbul etdiyi qərarlar yavaş-yavaş həyata keçirilir. Azərbaycan hökuməti, Mərkəzi Bankla əlaqələrimiz var. Çox ciddi işlər gedir. Buğdanın, unun və çörəyin qiyməti aşağı düşdü. İndi də dərman vasitələrinin qiymətlərininin süni surətdə artırılmasına qarşı mübarizə gedir. Dünyada gedən ciddi prosesləri ölkədə müəyyən qədər sakit aparmaq üçün dövlət başçısı müvafiq addımlar atır. Biz də bunun tərəfdarı olaraq, onu müdafiə edirik”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024