Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (12-01-2016, 16:29)
Kamran Əliyev: "Yol polisini insanların gözündən salmağa çalışırlar"

 

 

ATV telekanalının bir neçə gün öncə yol polisləri ilə bağlı hazırladığı sərt tənqidi reportaj gündəmin əsas mövzularından birinə çevrildi. 
Mediatv.az xəbər verir ki, ATV-nin “Son xəbər” buraxılışında yol polisi əməkdaşlarının sürücülərə qarşı qanunsuz əməlləri barədə danışılıb və bununla bağlı görüntülər təqdim edilib. 
Əslində normal media orqanında bu tipli tənqidi materialların olması adi haldır. Lakin, uzun illərdir ki, bu məsələləri görməzdən gələn telekanalın birdən-birə yol polisini sərt tənqid edən 10 dəqiqəyə yaxın videomaterial hazırlaması, hər kəsin diqqətini çəkib. 
Bundan sonra ortaya bəzi iddialar da atıldı. Məsələn, iddialara görə, hər şeyin səbəbi ATV-nin icraçı direktoru Rauf Dadaşovun idarə etdiyi avtomobilin yol polisi əməkdaşları tərəfindən saxlanılaraq, cərimə meydançasına aparılmasıdır. 
Belə ki, icraçı direktorun idarə etdiyi “Toyota Prado” markalı avtomobil yanvarın 5-dən 6-a keçən gecə yol polisi əməkdaşları tərəfindən saxlanılaraq, cərimə meydançasına aparılıb. Avtomobilin saxlanılmasına səbəb onun qadağan olunmuş “ksenon” işıqlardan istifadə edilməsi olub.
Məsələyə ATV-nin prezidenti Vüqar Qaradağlı səviyyəsində müdaxilə edilməsinə baxmayaraq, həmin gün avtomobil cərimə meydançasından buraxılmayıb. Sürücüyə İnzibati Xətalar Məcəlləsinin 155.2.2 maddəsi ilə protokol tərtib olunub. Bundan qəzəblənən ATV rəhbərliyi yol polisləri haqda belə bir material hazırlatdırıb. 
Yayılan məlumatlarla bağlı Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev ilə danışdıq. 
Musavat.com-a açıqlama verən K.Əliyevin sözlərinə görə, bəzi jurnalistlər istəyirlər ki, yol polisi əməkdaşları haqqında ancaq mənfi məqamlar tapsınlar: "Mənim bu haqda tam dəqiq məlumatım yoxdur. Çünki məzuniyyətdən bu gün qayıtmışam. Amma son günlərdə mətbuatda yol polisi ilə bağlı bəzi mənfi yazılar gedir. Sözsüz ki, iş varsa, burada nöqsanlar da olur. Bu, danılmazdır. Amma bəzi jurnalistlər istəyirlər ki, yol polisi əməkdaşları haqqında ancaq mənfi məqamlar tapsınlar. Çalışırlar ki, yol polisini insanların gözündən salsınlar. 4-5 il öncə çəkilmiş videoları təzədən gündəmə gətirib, yazılar yazırlar. Amma fikirləşmirlər ki, bütün bunlarla polislərin fəaliyyətinə pis təsir edirlər. 
Yol polisinin yaxşı xidmətdir ki, ötən il ərzində 250-yə yaxın ölüm halı azalıb. Bu, çox böyük göstəricidir. Mən televiziya kanallarının, saytların işinə müdaxilə etmək istəmirəm. Biz hər zaman mətbuatla əlaqə saxlayırıq. Mövqeyimizi bildiririk. Lakin bəzən elə olur ki, birtərəfli yazılar hazırlanır. Qarşı tərəfdən heç bir rəy alınmır. Yekə bir yazı hazırlayıb, sonda da qeyd edirlər ki, "Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq". Olmazmı ki, qarşı tərəflə öncədən danışasınız? Bəlkə o məlumat yalandır?
Bizim verdiyimiz məlumatı sonradan dərc etsələr də, eyni effekti vermir. Artıq oxucu yazını oxuyur və onda polis haqda mənfi fikir formalaşır. Sonradan DİN tərəfindən verilən məlumatı isə görmür. Niyə görə camaat arasında vətəndaşların həyatını, malını qorumaq üçün canından keçməyə hazır olan insanlar barəsində mənfi fikir formalaşmalıdır?"
Kamran Əliyevin sözlərinə görə, vətəndaşların hüquqlarını pozduğuna görə kifayət qədər əməkdaş cəzalandırılıb: "Bəzən elə olub ki, polis əməkdaşı ilə bağlı haqlı yazılar yazılıb. Videolar təqdim edilib. Bu məsələ araşdırılıb. DİN-nin rəhbərliyi belə əməkdaşlarla bağlı ciddi tədbirlər görür. Bu zamana qədər DİN-də xidmət zamanı polisin şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verdiyinə, vətəndaşların hüquqlarını pozduğuna görə kifayət qədər əməkdaş cəzalandırılıb, orqandan xaric olunub. Ancaq bir əməkdaşın yol verdiyi neqativ hadisə ucbatından bütün polisin adına söz gəlməsi də düzgün deyil". 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024