Cəmiyyət (11-01-2016, 13:56)
RYTN-də daha bir direktor işdən çıxarıldı
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Nail Mərdanov vəzifəsindən azad edilib.
Mediatv.az-ın məlumatına görə, Nail Mərdanovun yerinə artıq yeni təyinat da olub.
Belə ki, Elnar Əsədov MHM-in direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, adı çəkilən qurumda direktor müavinlərinin də işdən azad olunduğu bildirilir. Nail Mərdanov 2004-cü ildən MHM-də direktor vəzifəsində çalışırdı.
MHM RYTN-nin bir sıra böyük İT layihələrinin, billinq sistemlərinin icrası və istismarını həyata keçirir.
Bu qurum həmçinin AzDataKom dövlət provayderinin idarəçiliyini, Elektron imza infrastrukturuna nəzarəti və "Elektron Hökumət" portalının operatoru funksiyasını yerinə yetirir.
Elektron xidmətlərin Reyestri, Dövlət İnformasiya Ehtiyatlarının və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestri, Mobil cihazların qeydiyyat sistemi də MHM tərəfindən aparılır.