Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (3-01-2016, 12:37)
Fazil Mustafa: "Bu vəhşi qərarları qəbul edənlərin hər biri…"

“Hər dəfə vurğulayırıq ki, İslam dünyası, Müsəlman dünyası deyilən bir areal yoxdur, dünyada girələnən, sürünən, xristianların, yəhudilərin texnologiyasını istehlak edərək ömrünü-gününü xristianları, yəhudiləri söyməklə keçirən və bekarlayanda da bir-birini öldürməkdən həzz alan İslam qiyafətində bir insan yığını var. Yeni ilə qarşı sosial şəbəkələrdə bəsit kampaniyalar aparmaq əvəzinə buyurub İslam adına törədilən vəhşiliyə etirazınızı bildirin, cənab "bukvayed müsəlmanlar".

Mediatv.az xəbər verir ki, Millət vəkili Fazil Mustafa bunu Səudiyyə Ərəbistanında din xadimlərinin edamına münasibət bildirərkən öz "feysbuk" səhifəsində yazıb.

Millət vəkili daha sonra yazır: "Diqqət edin, Səudiyyə Ərəbistanı bir modernlikdən uzaq qərar qəbul edib 47 nəfər özünü şiə müsəlmanı sayan din admını edam edir. Ardınca da cavab olaraq İran modernlikdən uzaq bir qərar qəbul edir və 27 özünə sünni deyən din xadimini edam etmək qərarı alır. Bu vəhşi qərarları qəbul edənlərin hər biri özünə Məhəmməd ümməti deyir, ancaq Hz. Məhəmmədin ağlının və əxlaqının bircə zərrəsini də daşımaq ləyaqətində deyillər. Kimsə günahkar ola bilər, ancaq anlamırlar ki, məsuliyyət fərdidir, məhz şiə və ya sünni olduğuna görə insanları kütləvi günahkar saymaq və edama məhkum etmək insana münasibətin nə qədər vəhşi, barbar, əxlaqdankənar olduğunu bir daha göstərir. Dini, siyasi, ideoloji baxışlarına, mənsubiyyətinə görə adamı edam etmə dövrləri çox-çox əvvəllər qapanıb...

İslamı öldürmə, qadağan qoyma, məhdudlaşdırma, zorakılıq dini kimi təbliğ edənlərin özləri bir gün mütləq edam kötüyünə başlarını qoyacaqlar. 18-ci əsrin Fransa inqilabının gilyotinlərində sevinclə royalistləri edam edənləri az keçmiş başqa revanşistlər eyni qaydada həyatdan məhrum etdilər. Və bu qanlı olaylardan sonra bu günün Avropasında hər kəs anlayır ki, insanı ideoloji ittihamlarla suçlayaraq edam etmək olmaz. Adlarının qarşısında İslam yazılan ölkələrin böyük əksəriyyətində isə təəssüf ki, düşüncə səviyyəsi hətta 18-ci əsrdən də geridədir".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024