Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (2-01-2016, 20:04)
Elsevər Ağayev istintaqa çağrılmasından danışdı

Səhiyyə nazirinin müavini Elsevər Ağayev istintaqa cəlb olunması ilə bağlı məsələyə aydınlıq gətirib.

Mediatv.az  xəbər verir ki, nazir müavini açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil. 


“Mən heç bir istindaqa cəlb olunmamışam. Yayılan məlumatların hamısı yalandır”.

Bu günlərdə Səhiyyə nazirinin müavini Elsevər Ağayevin “MTN işi” ilə bağlı Baş Prokurorluqda dindirildiyi barədə məlumatlar yayılıb. 

Yayılan məlumata görə, nazir müavininin dindirilməsinə səbəb Apteklər idarəsinin sabiq rəisi Adil Məmmədovun Baş Prokurorluğa şikayət ərizəsi yazması olub. Şikayət deyilib ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı Akif Çovdarov 2006-cı ildə Adil Məmmədovdan hər il 1milyon dollar pul tələb edib.

Adil Məmmədov öz növbəsində məsələ ilə bağlı Elsevər Ağayeva şikayət edib. Buna cavb olara nazir müavinin “Sən Akif Çovdarov pul tələb edəndə nə etmək lazım olduğunu bilmirsən?” - deyə cavab verdiyi iddia edilir.

Oktyabrın 17-də Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyində (MTN) həbslər başlayıb. Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qrupu MTN-də bir neçə yüksək rütbəli şəxsləri saxlayıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024