Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə 31 dekabr 2015-ci il – 4 yanvar 2016-cı il tarixlərinin istirahət günü olması ilə əlaqədar nəqliyyat vasitələrinin rayonlara hərəkət intensivliyinin artacağını nəzərə alaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.
Mediatv.az-a NİİM-dən daxil olan məlumata görə, bayram günləri ilə əlaqədar bölgələrə səfər edənlərin çox olması səbəbindən axşam saatlarında Bakı-Sumqayıt şossesində yarana biləcək sıxlığı nəzərə alaraq səfərlərin daha erkən saatlara planlaşdırılması tövsiyə olunur.