"Bank Melli İran"ın Bakı filialının baş direktoru Mənuçöhr Hüseynzadə vəzifəsindən azad edilib.
Mediatv.az xəbər verir ki, bunu Trend-ə İranın Azərbaycandakı səfirliyindən deyiblər.
Digər mənbə isə bildirib ki, onun bankdan gedişi şəxsi məsələlərlə əlaqədardır.
Səfirlikdən deyiblər ki, M.Hüseynzadə ölkəni tərk edib, onun səlahiyyətlərini isə müvəqqəti olaraq baş direktorun müavini Əsgər Nəcəfi icra edir.
Filialın baş direktorunun digər müavini Anar İbrahimovdur.