Karusel (14-04-2015, 15:57)
İran Sərhəd Qoşunlarının komandanı Naxçıvana gəlib
İran İslam Respublikası Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayi Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları komandanı general-polkovnik Elçin Quliyevlə görüşmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə gəlib
AZƏRTAC-ın verdiyi xəbərə görə, aprelin 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Qasım Rzayi və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidməti bildirib ki, Ali Məclisin sədri qonaqları salamlayıb, Qasım Rzayini muxtar respublikada görməkdən məmnunluğunu ifadə edərək deyib: "Sərhəd hər bir dövlət üçün strateji sahədir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında iki sərhəd keçid məntəqəsi fəaliyyət göstərir. Muxtar respublika ilə İranın qonşu vilayətləri arasında əlaqələrin qurulması və inkişafında bu sərhəd-keçid məntəqələri mühüm əhəmiyyət daşıyır".
Ali Məclisin sədri ölkələrimiz arasında tarixən dostluq münasibətlərinin olduğunu diqqətə çatdırıb və bu gün dövlət başçıları tərəfindən ikitərəfli əlaqələrin uğurla inkişaf etdirildiyini bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri, o cümlədən sərhəd xidmətləri arasındakı mövcud əməkdaşlığa diqqəti çəkən Ali Məclisin Sədri əlaqələrin inkişafında birgə səylərin və qarşılıqlı görüşlərin vacibliyini vurğulayıb.
İran İslam Respublikası Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayi səmimi qəbula görə minnətdarlıq edib, Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafının böyük məmnunluq doğurduğunu bildirib. Qonaq İran və Azərbaycanın sərhəd qoşunları arasında əlaqələrin hazırkı inkişafından danışıb, hər iki ölkənin sərhəd qoşunları komandanlarının Naxçıvan görüşünün əməkdaşlıq üçün yeni istiqamətlər açacağını qeyd edib.
Söhbət zamanı dövlət sərhəd xidmətləri arasında əlaqələrin genişləndirilməsinin vacibliyinə toxunulub, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları komandanı general-polkovnik Elçin Quliyev və İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Mənsur Ayrım görüşdə iştirak ediblər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024