Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (6-12-2015, 16:15)
Deputatdan qanuna etiraz: “100 manat cərimə rüşvət mənbəyi yaradacaq”

120550_res_01

 

Orta məktəblərdə dərs buraxan şagirdlərin valideynlərinin 100 manat cərimələnməsinə dair İnzibati Xətalar Məcəlləsinə dekabrın 4-də Milli Məclis tərəfindən qəbul edilən dəyişiklik cəmiyyətdə birmənalı qarşılanmayıb.

 

Mediatv.az xəbər verir ki, bu dəyişikliyə təhsil ekspertləri, ictimai təşkilatlar, hətta deputatlar səviyyəsində mənfi münasibət var.
Onlar virtualaz.org saytına açıqlamalarında da sözügedən dəyişikliyin istənilən effekti verməyəcəyini, rüşvətə yol açacağını düşündüklərini bildirmişdilər.
Deputat Fazil Mustafa da belə hesab edir ki, bu dəyişiklik rüşvətxorluğa şərait yaradacaq. F.Mustafa bu fikirlərini sosial şəbəkədə paylaşıb.
“Ayda 7 gün dərsə getməyən şagirdlərə görə valideynin 100 manat cərimələnməsi barədə müddəanın qəbul edilməsi həqiqətən də problemə absurd yanaşmanı göstərir.
Məsələyə mənim etirazım bu idi ki, şagirdin məktəbdən yayınması sosial problemdir, bunu da məktəb rəhbərliyi və valideyn arasında sağlam münasibətlər əsasında həll edilməlidir. Bu, əlavə rüşvət mənbəyi yaradacaq və yanlış yanaşmadır. İndi düşünək ki, bir çox məktəblərdə istilik olmadığına görə valideyn iki həftə uşağı məktəbə buraxmır ki, xəstələnməsin. O zaman 100 manat pul ödəməlidirmi? Normal şərait təmin edildiyi təqdirdə belə bir tələb qoyula bilərdi. Əgər hədəf dini, siyasi və ya başqa səbəblərdən uşaqların dünyəvi icbari təhsildən yayınmasının qarşısını almaqdırsa, o zaman bu motivlə uşaqları məktəbdən yayındıran valideynlər üçün ən sərt cəza da düşünülə bilər və cəmiyyət də bunu təqdir edər” – deyə deputat öz facebook statusunda yazır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024