Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (18-10-2014, 13:39)
Deputat: “Evlənənlər pulsuz müayinə olunacaq, sağlamlıq arayışları veriləcək”

“Bu layihənin müzakirəsi artıq bir neçə ildir ki, davam edir. Heydər Əliyev Fondu da bu məsələyə öz dəstəyini verdi ki, Azərbaycanda bir sıra irsi, genetik və cinsi yolla keçən xəstəliklərin anadan övlada ötürülməsinin qarşısı alınsın. Bu baxımdan belə bir qanunun qəbul olunması çox vacibdir”. 

Bunu Modern.az-a deputat Musa Quliyev Ailə Məcəlləsinə edilən dəyişikliyə münasibət bildirərkən söyləyib.

“Onu da deyim ki, bu qanun Azərbaycanda ilk dəfə qəbul olunsa da, dünyanın bir çox ölkələrində çoxdan qüvvədədir. Vaxtilə həmin ölkələrdə irsi xəstəliklər geniş yayılmış və problem həddinə gəlib çatmışdı. Bunu nəzərə alaraq evlənən cütlükdən nikahdan öncə sağlamlıq haqqında arayış tələb olunması gündəmə gəlib”.

“Bu qanunla talassemiya və hemofiliyanı ölkəmizdə yox edə biləcəyik”

Musa Quliyev bildirib ki, Ailə Məcəlləsinə edilən nikahdan öncə sağlamlıq arayışlarının istənilməsini nəzərdə tutan dəyişikliyin əsas səbəbələrindən biri talassemiya və hemofiliya kimi irsi-genetik xəstəliklərin geniş yayılmasıdır. 

“Dövlət tərəfindən çox güclü maliyyə dəstəyinin ayrılmasına, infrastruktur yaradılmasına, yeni tibb müəssisələri açılmasına baxmayaraq, bu xəstəliklərin qarşısı alına bilmir. İndiyə qədər də sözügüdən xəstəliklərin müalicəsinə 20 milyon manatdan çox maliyyə vəsaiti ayrılıb. Heydər Əliyev Fondunun dəstəyilə dünya standartlarına cavab verən Talassemiya Mərkəzi tikilib. Amma profilaktik tədbirlərin daha əhəmiyyətli olacağını nəzərə alaraq, belə bir qanun qəbul olundu. Bununla həmin xəstəliyin yayılmasının qarşısını almaq daha rahatdır, nəinki onu müalicə etmək. Bildiyiniz kimi, bu xəstəliyin müalicəsi uzun illər davam edir, tam sağalmır, ailələr əziyyət çəkir, sonda isə həmin şəxs dünyadan köçür”.

Nikahdan əvvəlki müayinələr dövlət vəsaiti hesabına reallaşacaq

Deputatın fikrincə Ailə Məcəlləsinə edilən bu dəyişiklik süründürməçiliyə yol açmayacaq və bu iddiada olanlar yanlış düşünürlər:
“Biz bu fikirlərlə razı deyilik. Birinci növbədə insanlar dünyaya sağlam uşaq gətirməlidir. Bu qanun qəbul ediləndən sonra cənab prezidentin sərəncamı ilə qüvvəyə minəcək və qanunun icra mexanizmi hazırlanacaq. Müvafiq icra hakimiyyəti orqanlarına tapşırıqlar veriləcək və bu tapşırıqlara əsasən, Səhiyyə Nazirliyi nikaha girməzdən öncə icbari müayinə tələb edən xəstəliklərin siyahısını hazırlayacaq. Bu siyahıya uzaqbaşı 4 və ya 5 xəstəliyin adı daxil ediləcək. Bundan sonra nikaha girən şəxslər öz yaşadığı rayonda dövlət və özəl səhiyyə müəssisələrində müayinədən keçəcək. Bu prosedur isə dövlət tərəfindən ayrılmış vəsait hesabına reallaşdırılacaq. Pulsuz müayinələrdən sonra şəxslərə sağlamlıqları barədə arayış veriləcək. Nikaha girən zaman vətəndaşlar həmin arayışı da öz ərizələrinə əlavə edəcəklər. Düşünürəm ki, nəticələr qanunun qüvvəyə minməsindən az müddət keçəndən sonra görünəcək. Həm talassemiya və hemofiliya, həm insanın immun çatışmazlığı, genetik yolla keçən psixi, ruhi və əsəb, infeksion dəri-zöhrəvi xəstəliklərinin qarşısı alınacaq”.

Deputat hesab edir ki, bu, sosial, iqtisadi, sağlamlıq əhəmiyyətli bir layihədir.

Qeyd edək ki, sənədin Milli Məclisdəki müzakirəsi zamanı deputatlar qanunun korrupsiya hallarının genişlənməsinə rəvac verəcəyini bildiriblər. 
Musa Quliyev isə deyir ki, bu kimi halları nəzərə alsaq, gərək heç bir qanun qəbul etməyək. 
“İstənilən halda hər bir qanunun icrasına doğru münasibət göstərilməsə, insan öz vicdanı  və qanun qarşısında məsuliyyətli olmasa, problem baş verə bilər. Harada insan faktoru varsa, orada istənilən əyrilik müşahidə edilə bilər. Biz bu prizmadan yanaşsaq, gərək heç bir qanun qəbul etməyək”.

Saxta arayış verən həkim məsuliyyətə cəlb olunacaq

Millət vəkili bildirib ki, hər bir həkim verdiyi qərarda məsuliyyət daşıyır. “Burda yəqin ki, yekun qərar bir neçə həkimin yekdil fikrindən sonra qəbul oluncaq və rəhbər şəxs tərəfindən təsdiq olunacaq. Digər tərəfdən isə nikaha girən şəxslərin özü qarşı tərəfin sağlamlığı barədə həqiqi məlumatlar almaqda maraqlı olacaq. Hər halda heç kim xəstə, problemli birilə ailə qurmaq istəməz. Həkim gözünü yumub arayış versə belə, ailə quran zaman həmin problem aşkar olunacaq və nəticə etibariylə arayışı təsdiq edən şəxslər məhkəmə müstəvisində məsuliyyətə cəlb olunacaqlar.

Bu müayinələrlə yanaşı, cəmiyyətdə, səhiyyə müəsisələrində, KİV vasitələrində maarifləndirmə işləri də aparılacaq. Öz gələcəyini düşünən insanlar isə müayinələrin reallığında maraqlı olacaqlar. Qanun qəbul edildikdən sonra İnzibati Xətalar və Cinayət Məcəllələrinə də əlavə və dəyişikliklər ediləcək. Bu, hər kəsin məsuliyyəti müəyyənləşəndən sonra normal işləyən bir qanun olacaq”.

Gülşən RAUFQIZI

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024