Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (5-12-2015, 21:14)
Nazir Ramil Usubov vətəndaşlarla görüşdü - İşə qəbul üçün 56 nəfər seçildi

usubov-222.jpg

Bu gün Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Sumqayıt Şəhər Polis İdarəsində növbəti qəbul keçirib.

Mediatv.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir Ramil Usubov Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan şəhər və rayonlarının qəbul üçün müraciət edən sakinlərinin bir qrupu ilə görüşüb:

"Nazir vətəndaşları narahat edən problemləri şəxsən dinləyib, onların qanunvericiliyə uyğun şəkildə həlli üçün konkret tapşırıqlar verib. Qəbulda iştirak edənlər yerlərdə vətəndaşlarla dövlət məmurlarının görüşmələri, müraciətlərinə, ərizə və şikayətlərinə operativ, həssaslıqla yanaşılması barədə dövlət başçısının məlum tapşırığının yüksək səviyyədə icrasına, problemlərinin həllinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə minnətdarlıqlarını bildiriblər. Bununla yanaşı, kütləvi informasiya vasitələrində əvvəlcədən verilmiş elanlara uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində, həmçinin, Daxili Qoşunların sıralarında xidmət etmək istəyən 280 nəfər gənc də qəbulda iştirak edib. Onların arasından daha hazırlıqlı olan 32 namizəd polis orqanlarında, 24-ü isə Daxili Qoşunlarda xidmətə qəbul üçün seçilərək sənədlərinin hazırlanması məqsədilə aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib".

Daxili işlər naziri namizədlərə müraciətlə bildirib ki, gənc əməkdaşların peşəkarlığa, dövlətçiliyə, xidməti borca sədaqətə, işgüzarlığa görə vəzifədə irəli çəkilmələri, onlara lazımi diqqət və qayğı göstərilməsi ölkə rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərdən və daim nəzarətdə saxlanılan məsələlərdəndir.

Nazir deyib ki, belə yüksək mənəvi və iş keyfiyyətlərinə malik şəxslərin xidmətdə irəli çəkilmələri, eyni zamanda, respublikanın ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları üçün zəruri addımlar atılır. Hazırkı tədbir də göstərilən sahədə həyata keçirilən məqsədyönlü siyasətin növbəti əyani təzahürüdür.

Daha sonra Ramil Usubov namizədlərə öz tövsiyələrini verib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024