Karusel (30-10-2014, 18:51)
Ramil Usubov rəisləri püşkatma yolu ilə təyin etdi
Oktyabrın 30-da Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasının qiyabi şöbəsini bitirmiş məzunların zabit vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb.
Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev bu gün Nazirliyə paytaxt polisinin sıralarında xidmət edən 25 nəfərin dəvət edildiyini bildirib, vakant vəzifələrin və namizədlərin siyahısını elan edib.
Daha sonra təyinat püşkatma yolu ilə həyata keçirilib, polisin orta rəis heyəti vəzifələrinə iddiaçılar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər.
Ramil Usubov məzunları təbrik edib, onlara uğurlar, polisin adını və şərəfini daim uca tutmağı arzulayıb.
Püşkatmada iştirak etmiş iddiaçılar daxili işlər nazirinin müvafiq əmrləri ilə Bakı Şəhər Baş Polis İdarəsinin orqan və hissələrində orta rəis heyəti vəzifələrinə təyin olunublar.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024