Cəmiyyət (30-11-2015, 15:25)
Elçin Behbudovu xanımı əvəzləyəcək
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi fəaliyyətini dayandırmayacaq.
Mediatv.az xəbər verir ki, bu barədə komitənin mərhum sədri Elçin Behbudovun həyat yoldaşı Elmira Behbudova məlumat verib.
O qeyd edib ki, mərhumun qırx mərasimindən sonra komitənin fəaliyyəti bərpa olunacaq. Komitə əvvəlki qaydada fəaliyyətini davam etdirəcək. Onun sözlərinə görə, komitənin yeni sədri özü olacaq.
Qeyd edək ki, E.Behbudova buna qədər sədrin müavini vəzifəsində çalışıb.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi (İQAK) 2002-ci ildə tanınmış alimlər və hüquqşünaslar tərəfindən təsis olunub. 2005-ci ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən təşkilatın məqsədi insan hüquqlarının müdafiəsini təşkil etmək, işgəncə qurbanlarını aşkar etmək, onları müəyyənləşdirdikdən sonra hüquqi yardım göstərək işgəncə verən güc strukturlarının əməkdaşlarını ifşa etmək, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin və Müdafiə Nazirliyinin tabeçiliyində olan müəssisələrini və orada saxlanılan şəxslərin vəziyyətini monitorinq etməkdir. /modern.az