Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (13-08-2015, 12:52)
"Sevgililər meşələrdə, zibillikdə görüşməlidirlər?!"

"Sevgililər meşələrdə, zibillikdə görüşməlidirlər?!"

Otellərə üz tutan cütlüklərdən nikah şəhadətnaməsi tələb edilsin, yoxsa yox?

Paytaxtda və regionlardakı otellərə üz tutan cütlüklərdən nikah şəhadətnaməsi tələb edilməsi son günlərdə müzakirə mövzusuna çevrilib. Ölkəmizdə bundan əvvəl də belə bir təcrübənin olduğu deyilsə də, məsələni gündəmə gətirən Nabranda baş verən hadisə olub. Mətbuatda yazılanlara görə, bir neçə gün əvvəl mülki geyimli şəxslər gecə saat 1-də Nabrandakı istirahət mərkəzlərinin birinə gələrək istirahət edən gənc oğlanla qızı naməlum istiqamətə aparıblar. Daha sonra rəsmi xəbər yayılaraq bildirilib ki, həmin istirahət mərkəzi lisensiyasız fəaliyyət göstərir və əxlaqsızlıq yuvasına çevrilib. Həmin obyektdə buna görə əməliyyat keçirildiyi deyilir. Aidiyyəti qurumlar məhz bu səbəbdən otellərdə dincəlməyə gələn cütlüklərdən nikah haqqında şəhadətnamə tələb edilməsinin vacib olduğunu bildiriblər.  
Sözügedən istirahət mərkəzinin tabe olduğu "Azərtunel" MMC-nin hüquqşünası Vüqar Məmmədzadə isə mətbuata açıqlamasında məsələnin bu cür tənzimlənməsinə qarşı çıxaraq, sənəd tələbinin insanların istirahət hüququna zidd olduğunu deyib: "Əxlaqsızlıq yuvası o anlama gəlir ki, orada konkret 10-15 nəfər qadın əyləşir və gələn kişi müştərilərə onları təklif edirlər. Kimsə sevgilisi ilə oraya gəlirsə, ona necə etiraz edə bilərik? Ödənişini edir, sənədlərini təqdim edir, biz də onun konstitusion hüququnu pozmadan istirahətinə mane olmuruq. Əgər gələn insanlar özlərini əxlaq normalarından kənar apararaq başqa turistlərin istirahətinə mane olmurlarsa, bizim onlara etiraz etməyimiz mümkün deyil".

Milli.Az məsələyə bir neçə aspektdən yanaşaraq ekspertlərin fikirlərini öyrənib. 

Millət vəkili Fazil Mustafa bu tələbin yanlış olduğunu bildirir: "Görünür, istirahət mərkəzləri özlərinə problem yaratmamaq üçün belə bir tələb qoymaq qərarına gəliblər. Belə ki, müvafiq qurumlar bəhanə edərək qanunsuz şəkildə otelləri bağlaya bilərlər. Bizdə sahibkarlığa yaradılan süni maneələri əngəlləmək mümkün deyil".

"Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, əslində, bu addım əxlaqsızlıq və insan alverinin qarşısını almaq üçün qabaqlayıcı tədbir olsa da, turizmin inkişafında müəyyən əngəllər yaradacaq. Otelə gələn hər hansı əcnəbidən nikah müqaviləsinin tələb olunması absurd görünə bilər. 
İkinci təhlükə isə odur ki, bu qayda əxlaqsızlıqla məşğul olan kişi və qadınların "kölgə" imkanlarından bəhrələnməsinə gətirə bilər. Belə ki, əgər bu problem varsa, otel və ictimai məkanlardan istifadə edən şəxslərin aşkarlanmasi nə qədər asandırsa, bu halda "gizli" evlər cinayətkarlıq yuvasi kimi fəaliyyətini genişləndirə bilər. Odur ki, təklifi irəli sürən qurumlar, yəqin, məsələnin bu tərəflərini də nəzərə alarlar. 
Üçüncüsü, əksəriyyət hazırda qeyri-rəsmi nikaha üstünlük verir. Yəni onlar vətəndaş nikahı ilə yaşayırlar. Bu halda onların istirahət hüququ məhdudlaşmış olacaq. 


Biz bir tərəfdən, fahişəliklə mübarizə aparılmamasından şikayətlənirik və bu məsələdə dövlət qurumlarını günahkar bilirik. Digər tərəfdən, bu kimi qabaqlayıcı tədbirləri narazılıqla qarşılayırıq. Bilirsiniz, niyə? Çünki hər iki halda insan hüquqları məsələsi ortaya çıxır. Əxlaqsızlıq yuvaları normal insanların istirahət hüququnu pozur, bu cür addım isə - nikahsız ailələrin. Deməli, bu cür qərarlar qəbul edəndə bütün bucaqlar nəzərdən keçirilməlidir. Konkret olaraq, mən bu tələbi ideal hesab etmirəm, ancaq insan alveri və əxlaqsızlığın qarşısının alınması istiqamətində dəstəkləyirəm". 

Hüquq müdafiəçisi Sahib Məmmədov da bu qərarı dəstəkləməyənlər sırasındadır: "Dünyanın bir çox ölkələrində bəzi otellər müsafirin yanına gələnlə maraqlanırlar. Xüsusən qadın kişinin yanına gəlirsə və ya əksinə olanda. Amma burada məqsəd otelin reputasiyası və təhlükəsizliklə bağlı olan məsələdir. Normal halda bu durumda sadə izah kifayət etməlidir. Bir çox ölkələrdə isə ümumiyyətlə, müsafirin yanında otelə daxil olan şəxslə bağlı heç bir sual verilmir. Bu məsələ qanunla tənzimlənmir, otel özü müəyyən edir.

Ancaq elə otellər var ki, nüfuzuna xələl gətirən heç nəyə yol vermir. İndi tendensiya belədir. Müsafir pulunu ödəyir və kimi istəsə, otağına dəvət edə bilər. Həmin şəxs onunla birgə qala da bilər. Bu zaman əlavə kiçik ödəniş tələb oluna bilər.
Rusiya, konkret olaraq Moskva otellərində qonaq qəbul otağında sənəd saxlamalıdır. Gecələdiyi halda, əlavə ödəniş edilməlidir. Avropanın əksəriyyət şəhərlərində isə otelə qəbul edərkən qalacağın adamın adını belə soruşmurlar".

Filosof Niyazi Mehdi bu üsulla əxlaqsızlıqla mübarizə aparmağın mümkün olmadığını deyir: "Bildiyim qədər, normal ölkələrdə belə hal yoxdur. Məqsədi aydındır. Tutalım, bir-birini sevən iki gənc, yetkin qadın və kişi. Heç bir qanun onların fiziki əlaqəsinə günah ləkəsi sala bilməz. Otellərdə belə tələb qoyulanda nə olacaq? Sevgililər xəlvət küçələrdə, meşələrdə və ya zibillikdə görüşməlidirlər?!"

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024