Cəmiyyət / Karusel (29-05-2014, 20:50)
Nizami Isgəndərov işadamlarını üsyana sürükləyir
Sumqayıtdakı "Karvan" Ticarət Mərkəzi yandıqdan sonra şəhərin əsas ticarət bazarı "Cavid" və "Sumqayıt" Ticarət mərkəzlərinin sahibi, sabiq millət vəkili Nizami İsgəndərovun nəzarətinə keçdi.
Artıq şəhərin kiçik həcmli ticarət obyektlərini çıxmaq şərti ilə, iri geyim, qızıl-zinət və digər məişət mallarının satış mərkəzi keçmiş deputatın sahibi olduğu müəssisələrdə cəmləşib. Bu isə N.İsgəndərova tica-rətçilərlə istədiyi kimi davranmaq imkanı yaradıb.
Sözügedən ticarət mərkəzlərindən birində çalışan iş adamları mia-ya deyiblər ki, keçmiş deputat icarədarların üzərinə əlavə haqq qoyub. Onların sözlərinə görə, N.İsgəndərov indi də bütün icarədarlardan hər dükan üçün 50 manat sığorta pu-lu yığdırır: "Deyirlər, guya Vergilər İdarəsindən tapşırıblar ki, bütün dükanlar sığorta olunmalıdır. "Karvan" Ticarət Mərkəzi yanadıqdan sonra məcburən sığorta məsələsini gündəmə gətiriblər. Demək olar ki, əksəriyyət sığorta pulunu verib. Bu pulu vermək istəməyəni isə obyektdən çıxarmaqla təhdid edirlər. Amma aldıqları 50 manat görə heç kimə qəbz verilmir. Yəni, sabah hansısa fəlakət səbəbindən bizə maddi zərər dəysə, dükanların sığorta olunduğu sübut edə bilməyəcəyik".
Şikayətçilər bildiriblər ki, hazırda "Cavid" və "Sumqayıt" Ticarət mərkəzlərində təxminən mindən çox dükan var. Yəni, sığorta adı ilə 50 min manatdan çox pul yığılsa da, bu vəsaitin cüzi hissəsi rəsmiləşdirilib.
Bundan əlavə, N.İsgəndərovun yaxın ətrafı icarədarlara məcburən vizitkartlar da satırlar. Belə ki, qiy-məti 1 manat olan kartları sahibkarlara 10-15 manata "sırayırlar". Etiraz edənlərə isə "ya belə işlə, ya da çıx get",- deyirlər: "Eyni zamanda, təhlükəsizlik kameraları quraşdırılarkən hər dükandan 150 manat yığdılar. Həmin vaxt bir qrup sahibkar buna etiraz eləsə də, əksəriyyət bu vəsaiti ödəmək məcburiyyətin-də qaldı".
Sahibkarlar bildiriblər ki, bir neçə ay öncə, icarədarlardan istilik haqqı adı ilə hər dükandan 5 manat pul yığıblar: "Nizami İsgəndərov bir müddət bundan əvvəl ticarət mərkəzlərində nəhəng kondisionerlər yerləşdirdi. İlk vaxtlar icarədarlardan hər hansı haqqın tələb edilməməsi sahibkarların maraq və çaşqınlı-ğına səbəb olmuşdu. Amma az keçmədi ki, Nizami müəllimin adamları gəlib dedilər ki, bundan sonra istilik haqqı olaraq hər bir mağaza sahibindən 5 manat pul alınacaq. İstilik haqqı ödəməkdən imtina edən və ya vaxtında ödəniş edə bilməyən mağaza sahiblərinə isə qapı göstərilirdi. Ona görə də hamı bir tikə çörrəyə görə dözüb ayda 5 manat vermək məcburiyyətində qalır. Yəni, təkcə istilikpulu adı ilə dükanlardan ayda 5-6 min manat pul yığılır. İndi isə artıq havalar istiləşib. Ona görə də kondisionerləri yay rejiminə keçiriblər. Arada bir neçə texnika işləməsə də, onun da pulunu icarədarlardan yığırdılar".
Qeyd edək ki, bir müddət öncə sözügedən ticarət mərkəzindəki namazgah bağlamışdı. Buna səbəb kimi son vaxtlar namazgaha xeyli sayda dindarın axın etməsi göstərildi. Əslində isə, ticarət mərkəzindəki namaz otağından adətən həmin obyektdə çalışan inanclı insanlar istifadə edirdi ki, son vaxtlar onların sayı əhəmiyyətli dərəcədə artmışdı. Bu insanların vəhhabi təriqətinə məxsus ola biləcəyindən və məlum amilin gələcəkdə onun üçün hansısa problemə səbəb olacağından ehtiyatlanan iş adamı, ilk növbədə vəhhabi hesab etdiyi şəxsləri ticarət mərkəzindən uzaqlaşdırdı. Bunun ardınca namaz otağı da bağ-landı.
Xatırladaq ki, ötən il 2 yaşlı İmran Cəfərzadənin ayağını itirməsinə səbəb olan istirahət mərkəzi "Nabran Holiday Village" də Nizami İsgəndərova məxsusdur. Məlum hadisə baş verəndən sonra sözügedən istirahət mərkəzinin fəaliyyəti dayandırılsa da, iş adamı yenidən işə başlamaq istəyir. Verilən məlumatlara görə, mərkəzin adını dəyişdirmək istəyirlər. Hətta əvvəllər "Nabran Holiday Village"də işləyənlər yendən işə çağrılırlar. Mərkəzin adını dəyişib "Caspian Summer Beach" qoyulacağı da bildirilir.
Amma iş adamına yaxın bir şəxs Nizami İsgəndərovun istirahət kompleksindən hələlik uzaq dayanmaq niyyətində olduğunu bildirib. İndi keçmiş deputat mümkün qədər adının həmin obyektlə birgə çəkilməsini istəmir. Hətta müəyyən dairələrdə artıq həmin obyekti satdığını da bildirir.
Bildiyiniz kimi, ötən il iyulun 21-də "Nabran Holiday Village" İstirahət Mərkəzində 2 yaşlı İmran Cəfərzadə uşaqlar üçün hovuzda quraşdırılmış qurğudakı nasosun pərləri arasına düşüb. Nəticədə azyaşlının bir ayağı kəsilib, digəri isə ağır zədələnib. O vaxt istirahət mərkəzinin sahibi, sabiq deputat Nizami İsgəndə-rov bildirmişdi ki, "Nabran Holiday Village" İstirahət Mərkəzi son 4-5 ildir müqavilə əsasında müxtəlif icarədarlar tərəfindən idarə olunub. Həmin vaxt bu məsələ Prezident İlham Əliyevin diqqətində idi. Öl-kə başçısının göstərişi ilə balaca İmran təcili müalicə olunmaq üçün Almaniyaya göndərildi. Baş Prokurorluq isə "Nabran Holiday Village"in qapadılması və qapılarının möhürlənməsi barədə qərar çıxardı. Ey-ni zamanda səhlənkarlığa yol verən istirahət mərkəzinin 3 əməkdaşı həbs olundu.
O vaxt Nizami İsgəndərovun da istintaqa cəlb olunması məsələsi gündəmə gəlmişdi. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İdarəsində aparılan istintaq zamanı keçmiş deputatın məsuliyyətə cəlb olunması üçün də əsaslar olub. Lakin N.İsgəndərov müxtəlif variantlardan istifadə edərək məsuliyyət-dən boyun qaçıra bilib. Əldə etdiyimiz məlmata görə, həmin dövrdə məsələni iş adamı Zaman İsgəndə-rov həll edib. Millət vəkili olduğu dönəmdə N.İsgəndərovun intriqaya girdiyi hakimiyyətdəki bəzi şəxs-lər onun bu işdən yaxa qurtarmasına mane olmaq istəsələr də, Zaman İsgəndərov hakimiyyətin yuxarı dairələri ilə danışığa girərək, məsələni yoluna qoyub.
Ancaq təhlükə hələ tam sovuşmayıb. Belə ki, iyulda Nabrandakı istirahət mərkəzlərindən birində ayağını itirən Bakı sakini İ.Cəfərzadənin işilə bağlı bu günlərdə Xaçmaz Rayon Məhkəməsində prosesə start verilib. Fakt üzrə təqsirləndirilən 4 nəfərin dindirilməsinə başlanılıb. İstirahət mərkəzinin icraçı direktoru Rəşad Zərbəliyev və daha 3 əməkdaşı səhlənkarlıq və vəzifə saxtakarlığında ittiham edilirlər. Məhkə-mədə zərərçəkmiş İ.Cəfərzadənin nümayəndəsi kimi iştirak edən babası Cavanşir Baxşıyev isə təqsir-ləndirilən şəxslərdən 1,5 milyon AZN məbləğində təzminat istəyir. Zərərçəkən tərəf tələb etdiyi təzmi-natı almayacağı təqdirdə istirahət mərkəzinin sahibini də məsuliyyətə cəlb etdirməyə çalışır.
Onu da bildirək ki, istirahət mərkəzinin icraçı direktoru Rəşad Zərbəliyev Nizami İsgəndərovun sürücüsünün oğludur. Yəni, hər hansı icra müqaviləsinin olması və bu amili nəzərə alaraq N.İsgəndərovun məsuliyyətdən yaxasını kənara çəkməsi üçün düşünülüb: "İndi Nizami İsgəndərov Rəşadın azad olunması üçün yollar axtarır. Çünki hər gün atası ilə üz-üzə gəlir, həm də ehtiyat edir ki, əgər məhkəmə ona çox iş kəsərsə, istintaq zamanı ört-basdır edilən bəzi məsələlərin üstü açıla bilər. Bu səbəbdən də hazırda bü-tün imkanlarını işə salıb ki, həm sürücüsünün oğlunu, yəni, icraçı direktoru içəridən çıxarsın, həm də həbs təhlükəsini tamamilə dəf etsin. Hər halda, bu, ictimailəşmiş məsələdir, ya Nizami İsgəndərov böyük məbləğdə pulundan keçməlidir, ya da hər an həbsxanaya düşmək təhlükəsinə hazır olmalıdır".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024