Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (7-08-2015, 17:30)
Cəbhə bölgəsində ekoloji tarazlıq qorunub saxlanılır

Cəbhə bölgəsində ekoloji tarazlıq qorunub saxlanılır

 

 İnsan amili ekoloji təmizlikdən, ətraf mühitin qorunmasından cox asılıdır. Son illər Füzuli rayonunun işğaldan azad olunmuş şəhər, qəsəbə və kəndlərində həyata keçirilən təmizlik, səliqə-səhman, abadlıq-quruculuq işləri də məhz bu məqsədə xidmət edir. Rayonda bu yöndə həyata keçirilən işlər kənd və qəsəbələrin daha da gözəlləşməsinə, sosial infrastrukturların müasirləşdirilməsinə imkan yaradır. Horadiz şəhərində və digər yaşayış məntəqələrində həyata keçirilən təmizlik, abadlıq-quruculuq işləri bu yerlərin ümumi görkəmini son dərəcə dəyişir, artıq bu yerlərə gələn insanlar erməni işğalının qalıqları ilə qarşılaşmır, müasirliyin, gözəlliyin ən əsası isə təmizliyin şahidi olurlar. Xüsusi ilə son 4 ildə rayon ərazisində, magistral və kəndarası yol kənarlarında əkilən ağaclar, salınan park və xiyabanlar  ekoloji təmizliyə böyük fayda verməkdədir.  

 Respublikada ekoloji tarazlığın qorunması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə İDEA İctimai Birliyi tərəfindən həyata keçirilən I “Ümumrespublika yaşıllaşdırma” marafonu cəbhə  bölgəsində yerləşən Füzuli rayonunda uğurla həyata keçirilməkdədir.  

 Aksiya çərçivəsində rayonun florasının daha da zənginləşdirilməsi və gözəlləşdirilməsi məqsədilə ümumilikdə 6200-ə yaxın çinar və digər həmişəyaşıl ağac və dekorativ kol əkilmişdir. Son dörd il ərzində isə rayon ərazisində 20000-dən çox çinar, Türkiyə və İtaliyadan gətirilmiş 3500 leylandra, 10000 eldar şamı, 25000 dekorativ kol, ümumilikdə 100000 minə yaxın müxtəlif növ ağac və dekorativ kol əkilmişdir. Ağac əkilən ərazilərdə təmizlik işləri görülmüş, ağacların suvarılması, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi təmin olunmuşdur. 

 Füzulililər Prezident cənab İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri olan yaşıllıq sahələrinin genişləndirilməsi və qorunmasını daim diqqət mərkəzində saxlayır, Leyla xanım Əliyevanın təşəbbüsü ilə baş tutan “Ümumrespublika yaşıllaşdırma” marafonunun isə yaşıllıq zolaqlarının genişlənməsi, ərazinin ekoloji tarazlığının bərpası, ekoloji mühitin sağlamlaşdırılmasının sürətləndirilməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsi kimi qiymətləndirirlər. 

 Rayonda aparılan təmizlik, abadlıq, səliqə-səhman işləri iməcilik, şüar xarakterli deyil, aidiyyati idarə müəssisələrin, bələdiyyələrin gündəlik işi kimi həyata keçirilir.  

 

Mediatv.az

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024