Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (30-12-2014, 00:12)
Füzulililər böyük qayıdışa hazırlaşır

 

 

 

 

 

 

 

 

Düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan füzulililər ölkədə həyata keçirilən mütərəqqi islahatları rayonun sosial-iqtisadi həyatına tətbiq etməklə abadlıq işlərini gündən-günə genişləndirirlər.

Füzuliyə gələn hər bir qonaq artıq müharibənin dağıntıları ilə üzləşmir, bu yerlərdə gözəlliyin şahidi olur, insanların xoş günlərinə sevinirlər. Füzulililər “abad kənd”, “abad qəsəbə” devizi ilə işləyir, sabahlarını yaradırlar. “Füzuli hər gün tikilir” desək yanılmarıq. Təkcə keçən il rayonda 27 milyon manatlıq tikinti-abadlıq işlərinin aparılması çox şeydən xəbər verir. Bu gün Füzuli rayonu tikinti meydançasını xatırladır. “Regionların sosial-iqtisadi inkişafına dair 2009-2013-cü illər Dövlət Proqramı”nda nəzərdə tutulan işləri, investisiya layihələrini, Sərəncamlarla müəyyənləşdirilmiş tədbirlərdən əlavə rayonun daxili imkanları hesabına həyata keçirilən tikinti-abadlıq işlərini saymaqla qurtarmaq mümkün deyil.

Hazırda Horadiz şəhərində rayonun daxili imkanları hesabına 10 min ədəd ağac əkilib, 8 hektar ərazini əhatə edən Bayraq Meydanı, Milli Qəhrəmanlar Parkı, Qarabağ şəhidləri Kompleksi və 31 mart soyqırımı abidəsində  işlər tamamlanıb.

Əhalinin asudə vaxtını səmərəli keçirmələri üçün Horadiz şəhərində 6 hektar ərazisi olan Heydər Əliyev parkı daha 2 hektar genişləndirilib, bura müasir yeraltı kabellərlə işıqlandırma sistemi çəkilmişdir.  Ərazdəki boulinq zalı gənclərin istifaəsinə veriib. Şəhərdə salınan yeni 4 km uzunluğu olan Gənclər prospekti , buradakı müasir işıqlanma sistemi , həmişəyaşıl ağaclar əkilməsi şəhərə xüsusi yaraşıq verir. Rayon Ağsaqqallar evi, Tarix-Diyarşünaslıq Muzeyi, rayon İcra Hakimiyyəti üçün inzibati bina həmin küçədə tikilib . Prospektdə yaxın gələcəkdə gənc ailələr üçün çoxmərtəbəli yaşayış evlərinin tikintisi də nəzərdə tutulmuşdur. Rayonun daxili imkanları hesabına şəhərin 5 küçəsində aparılan abadlıq-quruculuq işləri də Horadizlilərin böyük sevincinə səbəb olmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin rayon əhalisi ilə, xüsusilə Horadiz şəhər sakinləri ilə hər gün keçirdiyi görüş-qəbulların nəticəsidir ki, burada 160 nəfərlik iş yeri olacaq tikiş fabriki tikilib. Son aylarda 20 min ədəd həmişəyaşıl ağaclar, hələlik 90 min ədəd qızıl gül kolları əkilmişdir.

Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən 100 çarpayılıq uşaq bağçasının istifadəyə verilməsi sakinlərin ürəyincədir. Görülən bu və ya digər işlər qəsəbə və kəndlərdə də aparılır.

Ölkə başçısı cənab İlham Əliyevin füzulililərə göstərdiyi diqqət və qayğı füzulililərin ölkə başçısına olan inamını gücləndirir, arzu olunan günlərin – Füzuliyə qayıdışın böyük əsası olduğu inamını artırır. Füzulililər bu inamla xoşbəxt sabahlarını yaradır, nikbin yaşayır, ürəklə işləyir, geri qayıdaraq ərazidə tam arxayınlıqla yaşayırlar.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024