Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (4-08-2015, 17:23)
Polisdən yolda camaatı aldadan sürücü ilə bağlı açıqlama

Polisdən yolda camaatı aldadan sürücü ilə bağlı açıqlama

Ölkədə insanların aldatmağın yeni formasını tapıblar. Sosial şəbəkələrdə yayılan bir məlumata görə, dilənçilərdən fərqli olaraq yaxşı geyimdə olan, normal qiymətə maşın sürən şəxs yolda digər sürücünü saxlayır və ondan müxtəlif bəhanələrlə pul almaq istəyir.

Dələduzluqla məşğul olan həmin şəxs saxlatdığı sürücülərə pirə gedərkən yolda qaldığını, benzinin bitdiyini, maşının xarab olduğunu və bu cür başqa bəhanələr gətirərək, 10-20 manat arası pul istəyir. Dələduz bu cür hərəkətlərlə insanların inanclarından istufadə edərək, sadə vətəndaşları aldadıb,  asan yolla qazanmağa cəhd göstərir. Artıq bir neçə gündür sosial şəbəkələrdə məsələ ciddi müzakirə olunur.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovmodern.az-a açıqlamasında bildirib ki, dələduzluqla bağlı məsələlər aidiyyəti üzrə həll olunur və bu kimi hadisələrin təkrar olunmaması üçün təbliğat aparılmalıdır.

"Hər deyilənə aldanmaq lazım deyil. Aldatma yolu ilə vətəndaşların mülklərini əldə etmək istəyənlər var. Bəzən təbliğat yolu ilə insanları başa salmaq mümkündür və indi kimsə kimisə aldadırsa, bunun əvvəl-axır üstü açılır, aidiyyəti qurumlar üzrə tədbirlər görülür".

Bu günə kimi belə faktların açılmamasını V.Əsədov həmin şəxslər barəsində şikayət edilməməsilə əlaqələndirib.

"Yolun kənarında vətəndaş aldadıcı formada özünü göstərib 3-5 manat pul istəyir. İmkanı olan şəxs də verir, sonra da gedib şikayət etmir ki, filan sürücü məndən pul istədi. Vətəndaşın xahişi əsasında bir nəfər digərinə kömək edirsə, bunu dilə gətirmir. İndi dediyiniz sürücü bir səhnə yaradıb xahiş edirsə ki, "mənə kömək et", imkanı olan şəxs də yardım göstərir, amma heç ağlına da gətirmir ki, onu aldadırlar".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024